Şriftin ölçüsü / 299 dəfə oxunub

Bakı-Sumqayıt yolunda reyd - 40-a yaxın sürücü saxlanıldı (FOTOLAR)

21 Aprel 2017 [13:21]

Bu gün Bakı şəhər Dövlət Yol polisi idarəsinin əməkdaşları "20 yanvar”, "Şamaxinka”, 3-cü mikrorayon dairəsi və digər ətraf ərazilərdə qanunsuz sərnişindaşıma ilə məşğul olan kiçik tutumlu mikroavtobusların sürücülərinə qarşı reyd keçirib. 

Reyd zamanı 40-a yaxın mikroavtobusun qanunsuz sərnişindaşıma ilə bağlı fəaliyyəti aşkar edilib. Mikroavtobusların sürücüləri barədə inzibati protokol tərtib edilərək idarə etdikləri nəqliyyat vasitələri cərimə meydançasına aparılıb. Bakı şəhər Dövlət Yol polisi idarəsinin bölmə rəisi Vaqif Əsədov Avtosfer.az-a bildirib ki, bu cür reydlər davamlı olacaq və burada əsas məqsəd sərnişindaşıma sahəsində təhlükəsizliyi təmin və nizam-intizamı bərpa etməkdir. Vaqif Əsədov bildirib ki, Bakı-Sumqayıt marşrutu üzrə qanunsuz fəaliyyət göstərən həmin mikroavtobusların əksəriyyətində konstruksiya dəyişiklikləri edilib, əlavə avadanlıqlar quraşdırıb, nəzərdə tutulandan artıq oturacaqlar qurşadılıb. Bəzi sürücülərin isə ümumiyyətlə, sənədləri qaydasında olmayıb.

Vaqif Əsədovun sözlərinə görə, DYP-nin ərazidə ciddi nəzarət tədbirləri nəticəsində yollarda hərəkət rahatlaşıb və bu da insanlarda xoş təəssürat yaradıb: "Biz müşahidə apardıq ki, bəzi şirkətlərin əməkdaşları da "20 Yanvar" ətrafında yığılır, mikroavtobus gəlib onları iş yerinə aparır. Bu da əlavə problem yaradır. Sərnişinlərdən xahiş edirik ki, Baki-Sumqayıt marşrutu üzrə hərəkət edərkən mütləq Avtovağzaldan istifadə etsinlər. Burada gözəl şərait yaradılıb. Səs-küydən uzaq, rahatlıq var. Nə üçün insanlar bura yox, "20 Yanvar"a meyl edir? O boyda səs-küydən, gərginlıikdən zövq alırlar? Məncə, burada sadəcə məsuliyyət məsələsi önə çıxır".

Elmin




SON XƏBƏRLƏR