Şriftin ölçüsü / 457 dəfə oxunub

Azərbaycanda kərə yağı bahalaşdı - QİYMƏTLƏR

21 Aprel 2017 [12:49]

Azərbaycanda satılan kərə yağının qiyməti bahalaşıb.

Mia.az xəbər verir ki, unikal.org son 3 ayın statistikasını araşdırıb. Bu ilin yanvar ayında yerli istehsal olan kərə yağının 1 kiloqramının qiyməti 9.05 AZN təşkil edirdisə, Fevral ayında bu rəqəm 9.55, Mart ayında isə 9.97 AZN olub.

Ölkəyə idxal edilən kərə yağının da qiymətində artım müşahidə olunur. Belə ki, xaricdən gətirilən kərə yağının 1 kiloqramı bu ilin yanvar ayında 10.15 AZN, Fevralda 10.77 manat, mart ayında isə 11.69 AZN -ə satılıb.

Qeyd edək ki, xəbər Dövlət Statistika Komitəsinin rəqəmləri əsasında hazırlanıb.



SON XƏBƏRLƏR