“Beşiktaş” 8-ci penaltidə uduzdu, "Lion", "Ayaks", "Mançester" və "Selta" yarımfinalda! - Avropa Liqası

img

21-04-2017 [01:50]


Bu gün Avropa Liqasının 1/4 final mərhələsinin cavab qarşılaşmaları oynanılıb.

Mia.az xəbər verir ki, Azərbaycan azarkeşlərinin böyük maraqla izlədiyi "Beşiktaş” doğma meydanda "Lion”u qəbul edib.

Fransada keçirilən ilk görüşdə 1:2 hesabı ilə uduzan "qara qartallar” oyuna sürətli başlayıb.

27-ci dəqiqədə Talişka "Beşiktaş"ın qoluna imza atıb. Lakin bu qoldan 7 dəqiqə sonra "Lion" bərabərlik topunu vurub. İkinci hissəyə də fəal başlayan türklər yenə də Talişkanın gözəl qolu önə çıxıb - 2-1

85-ci dəqiqədə "Beşiktaş" Babellə çox əlverişli bir qol epizodunu qaçırdı.

87-ci dəqiqədə "Lion" hesabı bərabərləşdirməyə çox yaxın olsa da, "Beşiktaş"ın qapıçısı hər iki ard-arda burulan zərbəni əla reflekslə qaytarıb. 

90-cı dəqiqədə "Lion"ın zərbəsi qapı tirindən dönüb....

Oyunun əsas vaxtı bitib. 

Hakim oyuna 30 dəqiqə əlavə edib. İlk 15 dəqiqəlik hissəsi bitib. Hesab dəyişməyib - 2:1.

İkinci 15 dəqiqə başlayıb...

107-ci dəqiqədə "Beşiktaş" Genk Tosunla daha bir qol imkanını qaçırıb.

108-də isə Quarejma fürsəti qola çevirə bilməyib.

120-ci dəqiqə bitdi.

Yarımfinalçı penaltilərlə müəyyənləşir. Hər iki komanda 4 penaltidə dəqiq olub...

"Beşiktaş” 5-ci penaltini də dəqiq yerinə yetirib. Ancaq "Lion" bu sevinci qısa edib - 5:5.

6-cı penalti vurulub və hər iki komanda yenə dəqiq olub.

7-ci penalti seriyasında isə türklər qolu vura bilməyib. Topa yaxınlaşan fransız oyunçu da 7-ci penaltini dəqiq yerinə yetirə bilməyib. "Lion"lunu zərbəsi qapıdan yan keçib.

8-ci penalti seriyasında isə "Beşiktaş" yenə qolu vura bilməyib. Bu dəfə "Lion" dəqiq olmaqla  adını yarımfinala yazdıran gecənin son komandası olub - 7:6.

İspaniyanın "Selta" komandası səfərdə "Genk"lə 1-1 bərabərə qalsa da, ilk oyunun (2-3) nəticəsinə əsasən, adını yarımfinala yazdıran ilk komanda oldu.  

Digər iki qarşılaşmalar da 120 dəqiqə sürüb və belə nəticəylə bitib. Qara şriflə verilən komandalar yarımfinala vəsiqə qazanıblar: 

 "Şalke” (Almaniya) - "Ayaks” (Hollandiya) - 3:2 (İlk oyun – 0:2)

"Mançester Yunayted” (İngiltərə) – "Anderlext” (Belçika) - 2:1 (İlk oyun – 1:1)

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR