20-04-2017 [17:45]
Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasına "qaçqın, köçkün, əlil və veteranların məsələləri” qrupundan üzv seçilən Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənlinin təşəbbüsü ilə adıçəkilən sahə üzrə ixtisaslaşmış QHT-lərlə görüş keçirilib.
Mia.az xəbər verir ki, Şura sədri, Milli Məclisin deputatı Azay Quliyev qaçqın və məcburi köçkünlərin, veteran və şəhid ailələrinin əhalinin ən həssas təbəqəsindən olduğunu deyib. Bu istiqamətdə həyata keçirilən məqsədyönlü dövlət siyasəti haqqında danışan Azay Quliyev QHT-lərin də bu sahədə fəal olduğunu qeyd edib. Şura sədri Ermənistanın Azərbaycana qarşı etnik təmizləmə və hərbi təcavüzünün başlandığı ən ağır günlərdə silaha sarılaraq ərazi bütövlüyümüz uğrunda vuruşan insanların qəhrəmanlıqlarının heç zaman unudulmadığını və onların problemlərin həlli üçün dövlət qurumları ilə QHT-lərin yaxından əməkdaşlıq etdiyini vurğulayıb.
Azay Quliyev Şuranın 2017-ci il II qrant müsabiqəsinin mövzularının əksəriyyətinin müharibədən zərər çəkən şəxslərin sosial-ictimai müdafiəsinin, düşmənə qarşı informasiya savaşının gücləndirilməsi, Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq siyasətinin ifşası olduğunu deyib. A. Quliyev Şuranın Qarabağ qaziləri, şəhid ailələri, qaçqın və məcburi köçkünləri hər zaman diqqətdə saxladığını və hər il bu istiqamət üzrə onlarla QHT layihəsini maliyyələşdirdiyini qeyd edib. Şura sədri bu sahədə fəaliyyətin uğurlu koordinasiyasına görə Şura üzvü Emin Həsənliyə təşəkkür edib və onun fəaliyyətinin təqdirəlayiq olduğunu vurğulayıb. Şura sədri həmçinin QHT-lərlə yaxından əməkdaşlığına görə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə də təşəkkürünü bildirib.
Qarabağ Əlilləri və Veteranları Cəmiyyətinin sədri Növrəstə Yusifovanı 65 illik yubileyi münasibəti ilə təbrik edən Azay Quliyev onun müharibənin od-alovunu içərisindən çıxan dəyərli qazilərimizdən olduğunu deyib. Şura sədri N. Yusifovanı həm QHT sahəsində səmərli fəaliyyəti, həm də Qarabağ qazisı kimi Təşəkkürnamə ilə təltif edib.
Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov hər bir Şura üzvünün seçildiyi qrupun mövzu istiqaməti üzrə fəaliyyət göstərən QHT-lərlə keçiridiyi görüşlərin məqsədi və əhəmiyyəti haqqında məlumat verib. F. Qurbanov bildirib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı milli maraqlarımızın müdafiəsi istiqamətində fəaliyyət göstərən QHT-lərlə görüşməkdə məqsəd layihələrin icra vəziyyətini, effektivliyin və təşəbbüskarlığın artırılması mexanizmlərini müzakirə edərək uğuru nəticənin əldə olunmasını stimullaşdırmaqdır.
Şura üzvü Emin Həsənli Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasında, müharibə qəhrəmanlarımızın tanıdılması, gənc nəslin vətənpərvər ruhda yetişdirilməsində, antiazərbaycan dairələrin təxribatlarının qarşısının alınmasında QHT-lərin fəaliyyətinin mühüm əhəmiyyət daşıdığını deyib.
Emin Həsənli QHT-lərdən Ermənistanın törətdiyi vəhşiliklərin ifşası istiqamətində innovativ təşəbbüslər gözlədiyini deyib və onları milli məsələlərlə bağlı petisiyalarda fəallığı artırmağa dəvət edib. Şura üzvü QHT-lərin layihələrin icrası zamanı üzərlərinə düşən müqavilə öhdəliklərini dəqiq şəkildə icra etməsinin effektivliyin təmin olunmasında həlledici rola malik olduğunu vurğulayıb.
QHT rəhbərləri Mehdi Mehdiyev, Şəmistan Əlizamanlı, Mətanət Əsgərqızı, İradə Rizazadə, Samir Adıgözəlli, Sərraf Oruc, Məmmədhəsən Həsənov, Gəray Əlibəyov, Bəyimxanım Verdiyeva və digər şəxslər çıxış edərək layihələrinin icra prosesi zamanı qarşılaşdıqları məsələlər, Qarabağ həqiqətlərinin beynəlxaq ictimaiyyətə çatdırılması haqqında danışıblar.
QHT nümayəndələri həmçinin mövzu ilə bağlı rəy və təkliflərini bildiriblər.
Qəzzada müharibənin 175-cü günü: ölənlərin sayı artıb
Biznesmen deputat Ülvi Quliyev federasiyanın fəxri prezidenti olacaq - O, yeni sayt da yaradıb
Sabah yağış yağacaq
"Bu işdə dərman alverçilərinə kömək edən məmurlar var" - Deputat kimlərin "bostanına daş atdı?"
"Fənərbağça" bu futbolçuya qapını göstərdi: "Özünə yeni klub tap!"
Yunanıstanda güclü zəlzələ olub - 5,8 bal gücündə
Üzərinə həbs qoyulmuş əmlaklar... - Yeni qaydalar müəyyənləşib
Bu qanunu pozanlar cəzalandırılacaq - Detallar
Yeni tiklilərə su necə veriləcək? - Qanun dəyişdi
"Bavariya" Arda Güləri transfer etmək istəyir
Daha 163 dövlət əmlakı hərraca çıxarılıb
Deputatlar toplanıb: daha 21 məsələ müzakirəyə çıxarılıb - SİYAHI
YOXSULLUQ və YOXSULLAR
"İncə səhər" verilişində qalmaqallı rəqs...- VİDEO
İsrail Hələb hava limanını bombalayıb - Xeyli ölən və yaralanan var
Jurnalist İdrak Camalbəyli qəfil vəfat etdi
Ombudsman bəyanat yayıb - MƏTN
Türk aktyor COVİD-ə yoluxub - Filmin çəkilişi təxirə salınıb
Qəzzada bir ev vuruldu: 13 nəfər həlak olub, yaralılar var
İstanbulda nəhəng xalça fabriki yanıb - FOTOLAR
Qazaxda əməliyyat: Şöhrət Orucov saxlanılıb
Füzuli şəhərinə daha 138 nəfər köçürülüb
Azərbaycan neftinin qiyməti 90 dollara çatır
Professor Tufan Axundov vəfat edib
XİN başçısı: "Putin bu qüsuru gizlətməyə çalışır"
Roma Papası 12 qadın dustağın ayağını yudu və öpdü - FOTO
İsrail Dəməşqi yenidən vurub - Yaralılar var
İtaliya XİN başçısı İsrailə çağırış edib: "Rəfaha girməyin" - "İki dövlət modeli üçün çalışırıq"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Ramazanın 19-cu günü: imsak və iftar vaxtları
"Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın” - DİN sözçüsündən xəbərdqarlıq
Rəsul Bağırov BMT-nin rezident əlaqələndiricisi təyin olunub
Nazir daha bir xanıma yüksək vəzifə verdi - FOTO
Premyer Liqa: növbəti turun təyinatları bəlli olub
Ağdərədə qumbaraatan və pulemyot tapılıb
Türkiyə kubokunun təqvimi açıqlandı
Əməkdar artist Rahib Əliyev vəfat edib
Daha bir sosial media fenomeni tutulub - Xanımı ilə birgə