Şriftin ölçüsü / 286 dəfə oxunub

Prezident sürücüsünə yenidən vəzifə verdi - Müşavir

20 Aprel 2017 [17:39]
Qırğızıstan Prezidenti Almazbek Atambayev Prezident Aparatının keçmiş sədr müavini İkramjan İlmiyanovu özünə müşavir təyin edib.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı qırğız prezidentinin rəsmi saytı yayıb.

Qeyd edək ki, İlmiyanovun 41 yaşı var. 2000-ci illərdə o, Atambayevin sürücüsü işləyib. 2010-cu ildə Atambayev baş nazir olanda onu özünə köməkçi təyin etmişdi.

2015-ci ildə isə o, ilk dəfə Atambayevin müşaviri olmuşdu.


SON XƏBƏRLƏR