Şəkidə mikroavtobus aşıb, 17 nəfər xəsarət alıb

img

20-04-2017 [17:20]


Şəklidən Mingəçevirə gedən mikroavtobus qəzaya uğrayıb.

Hadisə bu gün saat 13.30 radələrində, Yevlax-Zaqatala-Gürcüstan yolunun 30-cu kilometrliyində, Şəki rayonunun Cəfərabad kəndi ərazisində qeydə alınıb. Nəticədə iksi uşaq olmaqla 17 nəfərin xəsarət aldığı bildirilir. Texniki nasazlıq.

Şəki rayon sakini, 1987-ci il təvəllüdlü Mürşüdov Raqif Fərhad oğlunun idarə etdiyi "Mercedes” markalı, 10 VR 843 dövlət nömrə nişanlı mikroavtobus idarəetmənin çıxması nəticəsində aşıb. Hadisəyə texniki nasazlığın səbəb olduğu bildirilir.

Xəsarət alanların Şəki Mərkəzi Rayon Xəstəxanasına çatdırıldığı, iki nəfərin reanimasiya şöbəsində yerləşdirildiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR