Azərbaycanda kişi tumanı bahalaşdı – QİYMƏTLƏR

img

20-04-2017 [17:06]


Azərbaycanda son 3 ay üçün qeyri-ərzaq məhsullarının və əhaliyə göstərilən xidmətlərin orta aylıq qiymətləri açıqlanıb.

Unikal.org kişi və qadın geyimlərinin orta aylıq qiymətlərini araşdırıb.

Məlum olub ki, yanvar ayına nisbətən mart ayında kişilər üçün satılan brend kostyumların qiymətində nisbətən ucuzlaşma müşahidə olunub. Belə ki, yanvar ayında 111,73 manata satılan brend kostyumların bir dəsti mart ayında 110,31 manat təşkil edib.

Kişilər üçün satılan brend şalvar yanvarda 23,12 manat, mart ayında isə 23,93 manat, сins şalvar yanvarda 27,68 manat, mart ayında isə 28,36 manat, qısaqol köynək yanvar ayında 12,86 manat, mart ayında 13,01 manat, mayka, futbolka yanvar ayında 3,50 manat, mart ayında 3,65 manat, сorab yanvar ayında 1,21 manat, mart ayında 1,28 manat təşkil edib.

Maraqlısı ondadır ki, kişilər üçün satılan tumanların qiymətində də cüzi bahalaşma qeydə alınıb. Bir cütü kişilər üçün yanvar ayında satılan tumanın qiyməti 2,54 manat olubsa, mart ayında 2,61 manat təşkil edib.

Mart ayında qadın geyimlərində də müəyyən qiymət artımları müşahidə edilib. Belə ki, brend gödəkçə yanvar ayında 90,29 manat, mart ayında 92,10 manat, yay ev xalatı yanvar ayında 18,93 manat, mart ayında 19,33 manat, yay yubkası 19,35 manatdan, mart ayında 21,47 manat, yay şalvarı 19,88 manat, mart ayında 21,51 manat, сins şalvar yanvar ayında 26,82 manat, mart ayında 27,32 manat, qısaqol köynək yanvar ayında 15,33 manat, mart ayında 15,89 manat, geсə köynəyi, pijama 15,52 manat, mart ayında 16,15 manat təşkil edib.

Həmçinin qadınlar üçün də satılan tumanların qiymətində cüzi bahalaşma qeydə alınıb. Yanvar ayında 3,26 manata satılan tuman, mart ayında 3,33 manat təşkil edib.

Mütəxxəssislər qiymət artımının mövsümi xarakter daşıdığını bildirirlər. Bununla belə,Ş sözügedən məhsulların əksəriyyəti xaricdən idxal olunduğundan dolların kursu ilə əlaqələndirirlər.

Qeyd edək ki, qiymətlər Dövlət Statistika Komitəsinin məlumatı əsasında hazırlanıb.






Digər xəbərlər
SON XƏBƏRLƏR