20-04-2017 [16:35]
Bu gün Bakı Şəhər Baş Polis İdarəsində 2017-ci ilin I rübünün nəticələrinə və qarşıda duran vəzifələrə həsr olunmuş geniş əməliyyat müşavirəsi keçirilib.
İdarədən Mia.az-a verilən məlumata görə, müşavirədə çıxış edən Bakı Şəhər Baş Polis İdarəsinnin rəisi, polis general-mayoru Mirqafar Seyidov bildirib ki, ictimai-siyasi sabitliyin qorunmasında, ölkədə qanunçuluğun və ictimai asayişin təmini sahəsində Daxili işlər Nazirliyinin üzərinə qoyulmuş vəzifələr layiqincə yerinə yetirilib.
Qeyd olunub ki, hesabat dövründə paytaxt ərazisində baş vermiş 140 (147) yol-nəqliyyat hadisəsində 44 (31) nəfər ölüb, 134 (160) nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə yol-nəqliyyat hadisələrinin sayı 4,8%, xəsarət alanların sayı isə 16,3% azalsa da, həlak olanların sayı artıb.
Mülkiyyət əleyhinə olan cinayətlərin, o cümlədən mənzillərdən edilən oğurluqların qarşısının alınmasında mühüm rol oynayan mühafizə-siqnalizasiya vasitələrinin tətbiqi üzrə təbliğat işinə də diqqətlə yanaşılaraq 259 (433) müvafiq müraciətdən 173-nün (227) icrası təmin olunub.
Qeydiyyat və şəxsiyyət vəsiqəsi xidməti tərəfindən ümumilikdə 8.697 nəfərə şəxsiyyət vəsiqəsi verilib, 4.653 vətəndaş yaşayış yeri üzrə qeydiyyatdan çıxarılıb, 1.665 şəxs qeydiyyata alınıb.
Müşavirədə bildirilib ki, 2017-ci ilin 3 ayı ərzində paytaxtda Daxili İşlər Nazirliyi və Prokurorluq üzrə 2865 cinayət qeydə alınıb ki, onların da 82,3%-i (2.359-u) az ağır və böyük ictimai təhlükə törətməyən, 17,7%-i isə (506-ı) ağır və xüsusilə ağır növlər olub.
Qeyd olunub ki, 2016-cı ilin eyni dövrü ilə müqayisədə adam öldürməyə cəhdlər 3 dəfə, qəsdən sağlamlığa ağır zərər vurmalar 40,0% azalıb.
Baş verən cinayətlərin 75,4%-nin (74,4%), ağır növlərinin 73,8%-nin (78,5%), qeyri-aşkar şəraitdə baş verənlərin 67,7%-nin (60,4%) açılması təmin olunub. Şəxsiyyət əleyhinə olan 438 cinayətdən 88,4%-i (93,5%), o cümlədən qəsdən adam öldürmələrin 100%-i (94,4%), adam öldürməyə cəhdlərin 100%-i (100%) açılıb.
Müqayisə edilən dövrlə nisbətdə ümumi cinayətlərin açılması 1,0%, qəsdən adam öldürmələr 5,6%, mülkiyyət əleyhinə olan cinayətlər 4,0%, o cümlədən dövlət və ya bələdiyyə əmlakı oğurluqları 40,2%, xüsusi əmlak oğurluqları 8,4%, mənzillərdən edilən oğurluqlar 13,6%, mal-qara oğurluğu 38,3%, soyğunçuluqlar 11,5%, quldurluqlar 2,7%, xuliqanlıqlar 6,6%, ölümlə nəticələnən yol-nəqliyyat hadisələrinin açılması isə 0,8% yaxşılaşıb.
Cinayətlərin profilaktikasında və açılmasında müasir informasiya texnologiyalarının tətbiqinin böyük əhəmiyyəti olub. Baş İdarənin və ərazi polis orqanlarının "Təhlükəsiz şəhər” xidmətinin operatorları tərəfindən 1.242 hadisə aşkarlanıb, kameraların arxiv görüntülərindən istifadə edilməklə 61 bağlı cinayət açılıb.
Təqsirləndirilən şəxs qismində axtarışda olan 767 nəfərdən 43,8%-i (+1,3%, 336-ı), ağır və xüsusilə ağır cinayətlərə görə axtarılan 370 nəfərdən isə 24,9%-i (-6,0%, 92-i) tutulub.
Bununla yanaşı, 17 soyğunçuluq və quldurluq cinayəti törətmiş 40 nəfərdən ibarət 17 qrup, eləcə də 38 mənzil oğurluğu törətmiş 51 nəfərdən ibarət 21 cinayətkar qrup ifşa olunub.
Narkotiklərlə bağlı aşkar edilmiş 294 (351) fakt üzrə qanunsuz dövriyyədən 161 kq-dan çox (+46 kq 948 qr) narkotik vasitə çıxarılıb.
Hesabat dövründə 44 odlu silah, 4 qumbara, 1319 ədəd döyüş patronu yığılıb, qanunsuz saxlanılan və gəzdirilən 31 odlu silah əməliyyat yolu ilə götürülüb.
Müşavirədə qeyd olunub ki, paytaxtda ictimai asayişin mühafizəsi də ciddi nəzarətdə saxlanılıb, beynəlxalq və respublika əhəmiyyətli çoxsaylı kütləvi tədbirlərdə asayişin mühafizəsi daha da gücləndirilərək mümkün təxribat hallarının, o cümlədən qanunsuz aksiyaların qarşısının vaxtında alınması üçün bütün zəruri tədbirlər görülüb.
Bakı Polis Qarnizonunun bir sıra xidmət və ərazi polis orqanlarının rəisləri məruzə ətrafında çıxış edib, mövcud nöqsanları qısa müddətdə aradan qaldıracaqlarına söz veriblər.
Bakı Şəhər Baş Polis İdarəsinnin rəisi, polis general-mayoru Mirqafar Seyidov əməliyyat müşavirəsinə yekun vuraraq, Bakı polisinin 2017-ci ilin I rübündəki xidməti fəaliyyətini ümumən müsbət qiymətləndirib, nöqsan və çatışmazlıqları qeyd edib, onların aradan qaldırılması istiqamətində öz tapşırıq və tövsiyələrini verib. Baş İdarənin rəisi dövlət rəhbərliyinin ölkədə qanunçuluğun qorunması, əmin-amanlığın, təhlükəsizliyin təmin olunmasına xüsusi əhəmiyyət verdiyini və bu sahədə qarşıda duran vəzifələri müşavirə iştirakçılarının diqqətinə çatdırıb.
Bakı Şəhər Baş Polis İdarəsinnin rəisi, polis general-mayoru Mirqafar Seyidov daxili işlər nazirini və ölkə rəhbərliyini əmin edib ki, Bakı polisinin şəxsi heyəti bundan sonra da paytaxtda cinayətkarlığa qarşı mübarizəni, ictimai asayişin təmini istiqamətində xidməti fəaliyyətini əzmlə davam etdirəcək, verilən göstərişləri, əmrləri layiqincə yerinə yetirəcək, paytaxtda qanunçuluğun və təhlükəsizliyin keşiyində ayıq-sayıq dayanacaq.
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Trampın məhkəməsinin qarşısında bir nəfər özünü yandırıb
Mətbuat katibi: "Dörd kəndin Azərbaycana qaytarılması çoxdan gözlənilən tarixi hadisədir"
Buraxılış imtahanının nəticələri elan olunub
Hal şahidləri ilə bağlı qanuna dəyişiklik olub
Uşaqların peyvəndlənməsi barədə əmr imzalanıb
Nazir generalları topladı, yeni tapşırıqlar verdi - DİN-də kollegiya iclası (FOTOLAR)
Qəzzada daha 9 dinc fələstinli həlak olub
İLHAM ƏLİYEV MOSKVADAN SONRA ALMANİYAYA GEDƏCƏK - Tarix bəlli oldu
Universitetin sözçüsü vəzifədən ayrılıb
Prezident İlham Əliyev Rusiyaya gedir
“AzəriMed” QSC-lə bağlı məhkəmə qalmaqalı yaranıb
Partiya sədri özünə yeni müşavir təyin edib
Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı
Keşlədə saxta məhsullar istehsal edən sexlər aşkarlanıb
TOVUZDA ŞOK OLAY: 34 YAŞLI QADIN YANDIRILDI - 22 yaşlı oğlan tərəfindən (YENİLƏNİB)
G7 ölkələrindən rəsmi Bakı və İrəvana çağırış: "Gücdən istifadə etməmək, suverenliyə hörmət..."
Baş prokurorun Çinə işgüzar səfəri başa çatıb
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə telefonda danışdı - Nələr müzakirə olunub?
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır
Azercell Böhran İdarəetmə Qrupu layihəsini elan edir
Onlar pensiyaya daha tez çıxacaq - Yeni qanun
Dövlət Xidmətinin vəzifəli şəxslərinin maaşı artırılır - BU QƏDƏR
Türkiyədə güclü zəlzələ olub
Naxçıvanda yoxlama: 15 iş üzrə materiallar Baş Prokurorluğa və DTX-yə təqdim olunub
Xocavənddə fermada partlayıcı maddələr aşkarlanıb
Sabahın hava proqnozu açıqlanıb
Kirayədə yaşayan BDU-nun tələbəsi özünü öldürüb (Yenilənib)
Hərbi Dəniz Qüvvələri Xəzər dənizində taktiki təlimdə - VİDEO
Premyer Liqası: növbəti turun təqvim və hakim təyinatları açıqlanıb
DEPUTATLAR TOPLANIB: daha 14 məsələ müzakirə olunacaq - SİYAHI
Misli, Topaz... - Azərbaycan futbolunda nə baş verir?
“Yaxşı verilişlərin aparıcılarının "saxlayanı" var” - Kamran Həsənli kimin bostanına daş atır?
Bakının strateji hədəfi və ya rəsmi Moskvanın qərbi azərbaycanlılarla bağlı mesajı - TƏHLİL
Türkiyə səfirliyinin yeni mətbuat katibi Bakıya gəlib
İran İsrailə cavab zərbəsi endirəcək? - ABŞ-ın İsraildəki səfirliyi vətəndaşlarına xəbərdarlıq edib
Əfqan mədənçi böyrəyə görə yandırılıb?
"Olimpiakos"un baş məşqçisi: "Topu "Fənərbağça"ya verib, onları yorduq" - İsmayıl Kartal isə üzr istəyib
Xankəndidə yenidən silah-sursat aşkarlanıb