Bakı sakini hədələnərək borc sənədinə imza atıb - 720 min dollarlıq

img

20-04-2017 [15:31]


Bakı sakini hədə-qorxu ilə borc sənədinə imza atdığını idda edir.

"Report”un xəbərinə görə, 1989-cu il təvəllüdlü Abbas Məmmədəliyev hüquq-mühafizə orqanlarına müraciət edərək bildirib ki, Nərimanov rayonunda Arif adlı şəxs ona hədə-qorxu gələrək notariat kontorunda 720 000 ABŞ dolları borcu olması barədə sənəd imzalamağı tələb edib. Nəticədə A.Məmmədəliyev sənədi imzalayıb.

Hüquq-mühafizə orqanları faktla bağlı araşdırma aparır.

Digər xəbərlər
SON XƏBƏRLƏR