İcra başçısı sahibkarın əmlakını əlindən aldı - Şikayət + VİDEO

img

20-04-2017 [14:24]


Neftçala rayon İcra Hakimiyyəti başçısı İsmayıl Vəliyevin "Xəyal-HR” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus əmlakı darmadağın etdirib.

Bu barədə Milliyol.az-a açıqlama verən "Xəyal-HR” MMC-nin rəhbəri deyib ki, İsmayıl Vəliyev özünün vəzifə səlahiyətlərindən istifadə edərək onun bütün malını-mülkünü başına uçurub:

"Hazırda məhkəmə qərarı ilə "Xəyal-HR” MMC-nin hüquqları bərpa olunsa da, Neftçalanın icra başçısı məhkəmənin qərarını saymır və özbaşına şəkildə "Xəyal-HR” MMC-yə aid olan 500 hektar otlaq sahəsini ayrı-ayrı adamlara satıb. Həmi ərazidə "Xəyal-HR”MMC-yə məxsus olan fermer təsərrüfatı fəaliyyət göstərib və 17 ailənin çalışdığı bu fermer təsərrüfatı icra başçısının bir sözü ilə yerlə yeksan olunub. Bununla da fermer təsərrüfatı artıq xarabalığa çevrilib və "Xəyal-HR” MMC-yə milyonlarla manat ziyan dəyib". 

Məlumatda o da bildirilib ki, Neftçalanın icra başçısı 2013-cü ildə heyvandarlıq ferması yaratmaq məqsədi ilə Neftçala rayonunda Dövlət Torpaq Fonduna aid olan qış otlaq sahələrindən 500 hektar torpaq sahəsini 15 illik icarəyə götürən "Xəyal-HR” MMC-dən pambıq əkimək adı altında alıb.

İndi ortya belə bir sual çıxır: suvarılmayan bu torpaqlarda icra başçısı pambığı necə əkcək?

"Görünür, elə bu suala cavab verə bilməyən İsmayıl Vəliyev "Xəyal-HR” MMC-nin fermer təsərrüfatını yıxıb dağıtdıqdan sonra həmin ərazinin bir hissəsində kartof əkdirib, otlaq sahələrini isə ayrı-ayrı çobanlara satıb".

Məlumata görə, "Xəyal-HR” MMC-nin sahibi dövlət qurumlarına şikayət edib, ancaq sahibkarın dərdini heç kim dinləməyib. Əlacı hər yerdən üzüldükdən sonra isə üz tutub Şirvan İnzibati-İqtisadi Məhkəməsinə. Adıçəkilən məhkəmə isə sahibkarın şikayətini təmin edib. Qərar icra olunmaq üçün Neftçala rayon İcra Şöbəsinə göndərilib. Lakin Neftçala rayon İcra Şöbəsi hələ də üzərinə düşən vəzifəni yerinə yetirməyib.

"Xəyal-HR” MMC-nin sahibi isə bir daha ölkə rəhbərliynə, əlaqədar təşkilatlara və prezidentə müraciət edərək hüquqlarının bərpa olunmasını istəyir və ona dəyən külli-miqdarda ziyanın İsmayıl Vəliyev tərəfindən ödənilməsini istəyir.



Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR