Polşalı fəal Ermənistan-Azərbaycan Sülh Platformasına qoşuldu - Bəyanat

img

20-04-2017 [14:16]


Polşanın səhiyyə işçisi, fizioterapevt, ictimai səhiyyə üzrə magistr Marta Volosoviçz  Ermənistan-Azərbaycan Sülh Platformasına qoşulub.

Sülh Platformasının mətbuat xidmətindən Mia.az-a verilən məlumata görə, o, bununla bağlı açağıdakı məzmunda bəyanat verib:

"Hesab edirəm ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli, müasir dövrün ən prioritet məsələlərindən biri olmalıdır. Azərbaycan və Ermənistan respublikalarının ərazi bütövlüyü və suverenliyinə, hər iki dövlətin beynəlxalq səviyyədə tanınmış sərhədlərinə hörmət və dəstəyimi ifadə edirəm.

Lakin BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi müvafiq qətnamələrin, digər beynəlxalq təşkilatların qətnamə və qərarlarının icrasının çox vacib olduğunu vurğulayıram. Həmçinin münaqişənin sülh yolu ilə həllində ATƏT-in Minsk qrupunun fəaliyyətinin vacibliyini qeyd etmək istəyirəm. İki xalq, əsrlər boyu sülh içində yaşayıblar. Böyük təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, münaqişənin həll olunmaması nəticəsində iki xalqın bir-biri haqqında təsəvvürləri yalnız müharibə kontekstində formalaşıb. İnsanların sülh şəkildə birgə yaşayışını və uzun müddət davam edən münaqişənin həllini tam dəstəkləyirəm". 

Qeyd etdiyim səbəblərə görə, mən bu təşəbbüsə öz dəstəyimi ifadə edirəm və əsas məqsədi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə töhfə vermək olan Ermənistan-Azərbaycan Sülh Platformasına qoşulduğumu bəyan edirəm”.


Digər xəbərlər
SON XƏBƏRLƏR