20-04-2017 [12:10]
"Deputat Tahir Rzayevin bu mesajı zorakılığa çağırışdır.”
Mia.az xəbər verir ki, bunu AzNews.az-a müsahibəsində qadın hüquqlarının müdafiə cəmiyyətinin sədri Mehriban Zeynalova Milli Məclisin deputatı Tahir Rzayevin "Qadın öz yerini bilməlidir. Heç vaxt yürüyən ata qamçı vurmurlar” fikirinə münasibətində deyib.
Onun sözlərinə görə, belə çıxışlar bəzi deputatları tanımaq imkanı yaradır:
"Bu, ilk növbədə onun Milli Məclisdə təmsil olunduğuna görə daha çox diqqəti cəlb edir. O, sıradan bir şəxs deyil, millət vəkilidir. Ən azı o, 1998-ci ildə mərhum prezident Heydər Əliyev qadınların bərabərliyi, onların stimullaşdırılması, eyni zamanda qadın hüquqlarının müdafiəsi ilə bağlı çıxışlarını, 2000-ci ildə xüsusi sərəncamını, daha sonra Azərbaycanın qadınlara qarşı ayrıseçkiliyin aradan qaldırılması ilə bağlı konvensiyaya qoşulmağını, məişət zorakılığı haqqında qanunu və qadınların cəmiyyətdə daha çox rolunun artırılmasını oxuyardı. Bu sənədlər olduğu halda, millət vəkilinin belə çağırış etməsi birbaşa səlahiyyətinin zorakılığa çağırışı kimi qiymətləndirilir.
Deputat araşdırsaydı, görərdi ki, qadın çəngəl-bıçağa o vaxt əl atır ki, artıq ona qarşı bu münasibət ortaya çıxıb. Əgər bunu deputat deyirsə, onda polisdən nə gözləyək? Qadın yerində oturmalıdır, döyülməlidir, söyülməlidir və qarşı tərəfə müqavimət göstərməməlidir?
Daxili İşlər Nazirliyinin statistikasında deyilir ki, Azərbaycanda filan qədər qadın zorakılığa məruz qalıb və yaxud məhkəmələrdə öldürülmə, döyülmə ilə bağlı cinayət işləri başlanılıb. Bəs bu deputat bunları oxumayıb?".
Mehriban Zeynalova hesab edir ki, deputatın bu fikiri həm də qadınların cəmiyyətdə iştirakına mane olan bir çağırışdır:
"Sabah bütün kişilər deyəcək ki, qadın evdə otursun, işləməsin. Çünki onların yeri mətbəxt və döyülməkdir. Halbuki cəmiyyətdə kifayət qədər qadına qarşı zorakılıq halları var və biz bunun gündəlik iş yerimizdə, nəqliyyatda, küçədə şahidi oluruq. Parlamentdə qadınlar var. Tahir Rzayev niyə parlamentdə oturan qadınlara hörmətlə yanaşır? Nədir, vəzifədədirlər? Deməli, həmin deputat qadınlar da səslərini çıxarmırlar. Bu qadın hüquqlarının məhdudlaşdırılmasına çağırışdır".
Hüquq müdafiəçisi qeyd edib ki, ölkədə qadına qarşı zorakılıq müzakirə olunduğu bir vaxtda deputatın bu fikiri qınaq atəşinə tutulmalıdır:
"Mən bilmirəm, o hansı hisslərlə böyüyüb. Ola bilsin onun çevrəsində hamı qadının başından vurur, sonra da eyni hərəkəti cəmiyyətdə təbliğ edir. Biz də demirik ki, qadın hər yerdə qışqırsın. Qadın döyülürsə, söyülürsə, o, müdafiə olunmalıdır və eyni zamanda bunu edən şəxslər cəzalanmalıdır. Adam məyus olur. Hesab edirəm ki, Tahir Rzayev qadınlardan üzr istəməlidir. Biz el məsəllərinə hörmətlə yanaşırıq. Amma qadını atla müqayisə eləmək? Bu nə deməkdir? Deməli, biz irəli deyil, geri gedirik. Biri var bunu aşağı səviyyədə kimsə deyir, biri də var xalqın vəkili deyir. Onun sözündən belə çıxır ki, qadın insan deyil, atdır, döyülə, təhqir oluna, hətta öldürülə də bilər. Qadını heyvanla müqayisə eləmək biabırçılıqdır".
Milli Məclisin deputatı Tahir Rzayev "ölkə.az"-a müsahibəsində Azərbaycan qadınlarının ünvanına aşağılayıcı ifadələr işlədib.
O, qadını heyvanla müqayisə edib: "Bilirsiniz, qadın öz yerini bilməlidir. Heç vaxt yürüyən ata qamçı vurmurlar. Son zamanlar nə qədər qadının kişini öldürdüyünü görmüşük. Qadının balta və bıçaqla öz yoldaşını öldürməsini, boğmasını mətbuatdan da izləyirik. İndi təbliğat gedir ki, qadın hüquqları pozulur və sairə. Necə yəni qadın hüquqları pozulur? Azərbaycanda qadın hüquqları elə də pozulmur” - deyə, bildirib.
İsrail Qəzzaya bomba yağdırır: daha 17 nəfər həlak olub
Azərbaycan nefti ucuzlaşıb
Bakıda iməcilik və ağacəkmə aksiyası keçiriləcək
"...yardımımızı davam etdirməyə hazırıq" - ABŞ-dan rus sülhməramlılarının Qarabağı tərk etməsinə reaksiya
Bələdiyyədə hər yerə gizli kameralar yerləşdirilib: "Hər yerdə "böcək" və gizli kameralar var..."
Xankəndidə yenə silah-sursat aşkarlanıb
Müğənni pensiya azlığından şikayətləndi: "O pula qalsa, işləmək məcburiyyətindəyəm"
Ərdoğanın "qapı açıqdır" mesajına CHP lideri Strasburqda cavab verdi: "Yaxın günlərdə üzbəüz görüşəcəyik"
TƏBİB rəhbəri Arzu Bəndəliyevanı baş həkim təyin edib
Türkiyə parlamentində deputatların sayı azalıb - Səbəb
Ağdamda minaatan qurğular tapılıb
Çempionlar Liqasında nəhəng komanda və məşqçilərin döyüşü: "Real Madrid" penaltilərlə rəqibini "yedi"
Çempionlar Liqası: "Bavariya" ingilis klubunu əliboş yola saldı
İsrail ordusu Livanın cənubunu fasiləsiz bombalayır - Dağıntılar var
XİN-dən xəbərdarlıq: "Livana getməyin!"
Türkiyə ordusu İraqa girir, 30 km-lik neytral zolaq çəkiləcək: "Hədəfdə iki bölgə var"
Başlıbel qətliamından 31 il ötür
Körfəz ölkələrində sel: 18 nəfər ölüb - 10-u tələbədir
Yaponiyada ard-arda zəlzələ olub
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Türkiyə Pakistana başsağlığı verib - 63 nəfərin ölümü ilə bağlı
Qərb ölkələrinin səfirləri Gürcüstan Prezidenti ilə görüşüb - FOTO
Azərbaycanla daha bir ölkə arasında viza tələbi qaldırılır
Prezident İlham Əliyev Şuşa ilə bağlı sərəncam imzalayıb
Çingiz Abdullayev sağalıb - FOTOLAR
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Əfv Komissiyası toplandı: daha 100-dən artıq müraciətə baxılıb
Hərbi Hava Qüvvələri təlimdə - VİDEO
Yunanıstanda etiraz: işçilər bir günlük işə çıxmayacaq
Daha bir prezident COP29-a dəvət olunub
ATƏT-in fəaliyyətdə olan sədri Azərbaycana səfər edəcək
Eldar Əzizov müxalifətin mitinq tələbinə "yox" dedi
Daha bir sabiq deputat vəfat edib
“AFB Bank” zərər edib
Rəsmi Moskvadan sülhməramlıların Azərbaycandan vaxtından əvvəl çıxarılması haqda - Açıqlama
Jurnalist Cəmil Məmmədliyə hökm oxunub
Prezidentin köməkçisi yeni sədri kollektivə təqdim edib
Azərbaycanda film kimi olay: kişi evli ola-ola başqası ilə nigaha girib - "İkinci qadın vərəsə ola bilməz"
Sabiq deputat Hadı Rəcəbli 76 yaşında qəfil vəfat edib - Səhərə yaxın... (Yenilənib)
Qəzzada ölənlərin sayı hər gün artır