Şriftin ölçüsü / 207 dəfə oxunub

“Çovdarov tələb etdi ki, 300 min dollar və “Range Rover”imi onlara verim” - Zərərçəkən

17 Aprel 2017 [19:22]
Sabunçu Rayon Məhkəməsində ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi fasilədən sonra davam etdirilib.
 
APA-nın xəbərinə görə, Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxslərdən Qədim Ədilov ifadə verib. 

O, bildirib ki, MTN əməkdaşlarından Səlim Məmmədova 300 min manat pul verib. Onun istintaq və məhkəmə zamanı ifadələri arasında ziddiyyət olduğu məlum olub. O, istintaq zamanı verdiyi ifadəsini təsdiq edib. 

O, bildirib ki, Səlim Məmmədovla 2014-cü il sentyabrın 7-də saat 18-19 radələrində görüşüb.

 S. Məmmədovun vəkili Cavid Rzazadə isə Dövlət Təhlükəsizlik Xidmətindən aldığı sorğunu təqdim edib. Həmin sorğuda S. Məmmədovun qeyd edilən saatda işdə olduğu göstərilib. 
 
Proses aprelin 19-da davam edəcək. 
 
Qədim Əbilov istintaqa verdiyi ifadəsində MTN-də Çovdarovun onu döyüb təhqir etdiyini deyib: 

"3-cü mərtəbəyə qalxdıq, dəhlizin sonuna qədər gedib qəbul otağı olmayan otağa daxil olduq. Orada əvvəllər cəmi bir dəfə gördüyüm Çovdarov masanın baş tərəfində oturmuşdu. Natiq Hümbətov və Akif sağında, Səlim (MTN-çi) solunda oturmuşdu. 

Mən otağa daxil olan kimi Akif Çovdarov stuldan qalxıb heç nə demədən məni yumruqla, təpiklə döyməyə başladı. Ona etiraz etmək istəyəndə bu dəfə əllərimi rezin kəndirlə kresloya bağladı. Dəyənəyi götürüb baş və boynuma zərbələr endirməyə başladı. Huşumu itirdim. Özümə gələndə gördüm ki, Çovdarov yerində oturub. 

Məndən tələb etdi ki, bir həftə ərzində 300 min dollar və idarə etdiyim "Range Rover” avtomobilini bir həftə ərzində onlara verim. Masanın üstündəki iki "Makarov” tapançasını göstərib dedi ki, əks halda bu silahlar sənin üstündən çıxacaq və məni MTN-in zirzəmisinə salacaqlar”.
 


SON XƏBƏRLƏR
22:59 21.07.2017
Prezident Rusiyaya getdi