Şriftin ölçüsü / 306 dəfə oxunub

"Azərbaycan xalqından ayıbdır..." - Deputatdan həmkarına sərt cavab

17 Aprel 2017 [16:11]
Milli Məclisin deputatı Fərəc Quliyev həmkarı Araz Əlizadənin söylədiyi "Feysbukdan istifadə edənlərin hamısı axmaq adamlardır” fikirlərinə münasibət bildirib.

Araz Əlizadəni sərt tənqid edən deputat söyləyib ki, insan gərək danışığına, hərəklərinə fikir versin.

F.Quliyev deputat həmkarının belə açıqlama verməsinə təəssüfləndiyini bildirib: 

"Adam nə qədər belə mövzulara açıqlama verməli olar?! Araz Əlizadənin söylədiyi özünə olan bir münasibət və savaddır. Belə insanın sözlərinə bir deputat kimi fikir verməyi özümə yaraşdırmıram. Mən ümumiyyətlə o adamın səviyyəsinə düşüb, onun səviyyəsində ona cavab vermək istəmirəm. Ən azı oxuculardan, Azərbaycan xalqından ayıbdır. Təbii ki, məndə Facebooka girirəm, öz fəaliyyətimi də, mənsubu olduğum partiyanın fəaliyyətini də oradan işıqlandırıram. Burada insanlar öz fikirlərini bölüşürlər. Kütləvi şəkildə danışmaq, xalqı təhqir etmək olmaz”.

Qeyd edək ki, Fərəc Quliyev Facebook istifadəçisidir və bu sosial şəbəkə vasitəsi ilə həm rəhbəri olduğu Milli Dirçəliş Hərəkatı Partiyasının fəaliyyətini, həm də, Milli Məclisdəki öz fəaliyyətini işıqlandırmaqla yanaşı, öz seçiciləri ilə tez-tez təmasda olur.

Avropa.info


SON XƏBƏRLƏR