Şriftin ölçüsü / 948 dəfə oxunub

"Ərdoğanın qalibiyyətli Şarl de Qoldan, yaxud Çörçildən bu yana heç kəslə müqayisə olunmaz" - Deputat

Zahid Oruc: ""Evet və Hayır”la bölünən ölkəni “VƏTƏN” deyib birləşdirmək gərək!!!"

16 Aprel 2017 [23:07]
Zahid ORUC, Millət vəkili

Türkiyənin daxili və xarici soyuq savaşdan qalibiyyətlə çıxması üçün xalqın iradəsi ortadadır. 

Dövlətin 100 illik siyasi şəkli dəyişdiyini inkar etmək mümkünsüzdür. Kimin necə qiymətləndirməsindən asılı olmayaraq, prezdentli üsul-idarəyə keçid tam fərqli bir arxitekturadır. 

Parlamentli modeldən imtina Türkiyənin bütün idarəçilik sistemi içərisinə qoyulmuş minaları partlatmağa imkan verəcək və Türkiyəni milli bir elitaya dayanaraq, yönləndirməyə şərait yaradacaq.

O üzdən qutulara yollanan 87 fazilik seçici dünyası dövlət işini və ya əsas siyasi savaşı sialhlarla və devrimlərlə deyil, məhz demokratik mübarizələrlə aydınlatmış oldu. Şübhəsiz, Qərb və Şərq dünyası referendumun nəticələrini nə qədər təftiş etsələr də, sonda onu qəbul etməyə məcbur qalacaqlar. Lakin ən başlıcası, ekranlara fərqli rənglərlə gətirilən xalqın səslərini vahid Türkiyə və ay-ulduzlu Vətən amallarında yenidən birləşdirmək gərəkdir.

Doğrudur, demokratik seçkilərin nəticəsini on dəfələrlə qazanan avropalı liderlər tarixdə olub. Məsələn, keçmişdə Cüliya Andriotti İtaliyada baş nazirlik kürsüsündən dəfələrlə səlahiyyət qazanaraq, uzun müddət iqtidarda qalmanın nümunəsini yaradıb. Yaxud, Bismarkın birləşdirdiyi Almaniyanın 4-cü dəfə federal kanslerliyi postuna iddialı olan dəmir ledisi Anqela Merkel.

Lakin Ərdoğanın qalibiyyətli Şarl de Qoldan, yaxud Çörçildən bu yana heç kəslə müqayisə olunmaz. Onun qazandığı 12 seçimin sonunda 100 ilin savaşına qatılması tam ayrı bir siyasi fenomendir.

Türkiyənin 21-ci əsrə qədəm qoyarkən yeni bir lideri meydana çıxarması demokratik ölkələr sırasında müstəsna hadisədir. Lakin nə qədər TƏK ADAM söyləsələr də, Atatürkün siyasi irsini və dövlətçilik fəlsəfəsini kənara qoymaq da heç bir iqtidara müyəssər olmaz. O üzdən Türkiyə düşmənləri onu xəlifəlik, islam dünyasında liderlik, yaxud, Çankayanı camilərə və ya məscidlərə dəyişmək kimi sırf partiyalı ittihamlar çıxış etmələri həqiqət sayılmaz. Çünki ortada sayı az qala 24 milyona çatan "hayır” cəbhəsi var və Türkiyədə diktaturanı qurmaq üçün bu qədər insanın üzərindən keçmək də qeyri-mümkündür.

İndi qalibiyyəti qeyd edən hər kəs unutmasın: - qalib partiya, yaxud şəxs, 2019-cu ildən yeni qanunla Türkiyənin birinci şəxsinə çevrilə biləcəkdir.

Ona qədər dünya və regionda yaşanan müharibələrdən ölkəsini uğurla çıxarmaq refendumun nəticələrindən daha böyük önəm daşıyır. Erkən seçkiləri də ehtimal edənlər, unutmasınlar ki, onu da qazanmaq asan olmayacaq. İndiki Konstitusiya ilə prezidentliyi qazanan siyasətçi tam ayrısı ola bilər. Çünki böyük siyasət zəlzələni və ya nüvə silahını partaldıb onu əllə saxlamağa bərabər bir iş sayılar.
Ona görə də Türkiyənin 100 illik seçimi terrorsuz, hüzur içərisində və demokratik ideallardan sapmayan, dinlə dəqiq sərhədləri tanıyan bir ölkə olaraq qalmasıdır. Çünki şərq dünyasının və Avrasiya qitəsinin bir nəhəngi olmaq,həmin imperiya varisi olan dövlətin quruluşu və yönləndirmə şərtlərindən çox asılıdır. Qərbin idarəçilik ixracı qarşısında dayanmaq üçün başqa yol yoxdur.

İndi qalib və məğlubları vahid bir milli bir Bayraq altına toplayan lider gerçək hədəflərə doğru gedə biləcəkdir.

"Evet və Hayır”la bölünən ölkəni "VƏTƏN” deyib birləşdirmək gərək!!!



SON XƏBƏRLƏR
22:59 21.07.2017
Prezident Rusiyaya getdi