Şriftin ölçüsü / 274 dəfə oxunub

“Yalvardılar, sonra dedilər, pulumuz yoxdur...” - Xalq artisti əsəbiləşdi

08 Aprel 2017 [09:29]

Xalq artisti Rasim Balayev çəkildiyi "Sara" filminin təqdimatına qatılmaması ilə bağlı açıqlama verib.

Mia.az xəbər verir ki, o, Yeniçağ.az-a açıqlamasında qala gecəsinə gəlməməsini səhhətindəki narahatlıqla izah edib: "Belimdə ağrılar vardı, istəmədim belə vəziyyətdə gəlim. Həm də axsaya-axsaya səhnəyə çıxmaq mənə yaraşmaz”.

Aktyor filmə çəkilməsindən də danışıb: "Mən əslində o filmə çəkilmək istəmirdim. Gəldilər, yalvardılar, dostlarımı minnətçi saldılar. Qonorara çatanda dedilər çəkil, amma pulumuz yoxdur. Mən də dedim bu necə olur, dilənçixana-zaddır bəyəm? Əgər pulunuz yoxdursa, nə vacibdir film çəkirsiniz? Nə isə axırda razılıq verdim. Qonorarın miqdarı barədə isə heç danışmağa dəyməz”.




SON XƏBƏRLƏR
17:14 21.04.2017
Qara zanbaq – An-12