Tikintiylə bağlı üç mühüm fərman - Ev və obyektlər hansı halda sökülə, dayandırıla biləcək?

img

07-04-2017 [18:22]


Bu gün Prezident İlham Əliyev ölkədə aparılan tikintinin aparılmasına nəzarət, sökülməsi və dayandırılması ilə bağlı üç fərman imzalayıb.

Mia.az xəbər verir ki, "Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi"nə edilən dəyişikliyə əsasən, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 22 may tarixli 533 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 5, maddə 539) ilə təsdiq edilmiş "Tikinti işlərinin dayandırılması Qaydası”nın 2.1.1-ci yarımbəndində "memarlıq-planlaşdırma bölməsinə” sözləri "yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinə” sözləri ilə əvəz edilib.

***

Prezidentin digər fərmanı ilə Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 17 noyabr tarixli 349 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi Qaydaları”nda da dəyişikliklər olunub.

Dəyişikliyə əsasən, "Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2016-cı il 14 oktyabr tarixli 345-VQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar belə qərar verilib:

1. 2.3-cü bənddə "3 (üç) ay müddətində tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsinə” sözləri "Məcəllənin 80.4-cü maddəsi ilə müəyyən olunmuş müddətdə tikinti obyektlərinin layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinə” sözləri ilə əvəz edilsin.

2. 2.5-ci bənddə "yalnız həmin tikinti obyektinin tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsinə” sözləri "onların tikintisi üçün tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinə” sözləri ilə əvəz edilsin.

3. 2.10-cu bənddə "yaşayış evinin” sözləri "tikinti obyektlərinin” sözləri ilə əvəz edilsin.

****

Prezidentin digər fərmanı ilə "Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2016-cı il 14 oktyabr tarixli 345-VQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar belə qərara alınıb: 

Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 22 may tarixli 534 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 5, maddə 540) ilə təsdiq edilmiş "Tikinti obyektlərinin sökülməsi Qaydaları”nın 2.1.4-cü və 3.3.7-ci yarımbəndlərində "memarlıq-planlaşdırma bölməsinə” sözləri "yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinə” sözləri ilə əvəz edilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR