06-04-2017 [13:03]
İqtisadçı ekspert Vüqar Bayramov pensiya sistemində edilən yeni dəyişikliklər ilə bağlı sualların çoxluğunu nəzərə alaraq, məsələylə bağlı ətraflı izahat verib.
Mia.az xəbər verir ki, Vüqar Bayramov pensiya yaş həddinin 65-ə qaldırılması ilə yanaşı, bəzi dəyişiklikləri nəzərə alaraq, yeni qaydayla insanların pensiyaya hansı şərt və imkanlarla çıxa biləcəklərini ətraflı izah edib:
Sual 1. Əmək pensiyası almaq üçün yığım məbləği nə qədər olmalıdır?
Cavab 1. Yeni dəyişikliklərə əsasən, pensiyada olmaq yaşı orta hesabla 12 il nəzərdə tutulmaqla, minimum pensiya məbləği 110 manat olduğundan, tələb edilən minimum yığım məbləği aşağıdakı kimi hesablanır:
12 il X 12 ay X 110 manat = 144 X 110 manat- 15 840 manat
Deməli, əmək pensiyasının alınması üçün fərdi hesaba 15 840 manat yığım tələb edilir.
Sual 2. Əgər pensiya yaşınadək 15 840 manat yığımaq mümkün olmayıbsa, o zaman pensiya almaq üçün həmin məbləği necə artırmaq olar?
Cavab 2. Əgər vətəndaşın pensiya yaşı tamam olubsa və onun hesabında 15 840 manat yoxdursa, o zaman dəyişikliyə əsasən həmin məbləği 2 halda artırmaq mümkündür:
- Həmin şəxsin yığım hesabı açıq qalır və bu zaman həmin şəxs işləməkdə davam edib, hesabına əlavə vəsait ödəyə bilər.
- Vətəndaş qalan fərqi birbaşa nağd şəkildə hesabında yerləşdirə bilər. Məsələn, pensiya yaşı tamam olan şəxsin hesabında 10 000 manat var və 5840 manat kəsir var. Bu zaman həmin şəxs özü, və ya övladı və hətta işlədiyi təşkilat belə həmin pulu ödəyərsə, o əmək pensiyası almaq hüququ qazana bilir.
Sual 3. Əgər tələb edilən yığım mümkün olmayıbsa və hesaba əlavə ödəniş imkanı yoxsa, bu halda əmək pensiyası ala bilərmi?
Cavab 3. Dəyişiklik bu halda istisnalar nəzərdə tutub. Əgər vətəndaş 25 il və daha çox əmək fəaliyyəti ilə məşğul olub həmin müddətdə az sosial ödəniş edibsə, o zaman hesabında hansı məbləğin olmasından asılı olmayaraq, minimum məbləğdə əmək pensiyası ala bilir.
Məsələn, pensiya yaşı tamam olan vətəndaşımızın yığım hesabında 7 min manat vəsait var, amma 25 il iş təcrübəsinə malikdirsə, o zaman da pensiya almaq hüququna malik olur.
Sual 4. Pensiya yaşı çatan şəxsin yığım hesabında minimum məbləğdən çox vəsait var, amma onun iş təcrübəsi 12 ildən azdır və bu zaman əmək pensiyası ala bilirmi?
Cavab 4. Yeni dəyişikliklərə əsasən 12 illik minimum iş təcrübəsi ləğv edilib. Bu baxımdan, əgər minimum məbləğ hətta 5 il ərzində yığılsa belə, həmin şəxs əmək pensiyası almaq hüququna malikdir.
Sual 5. Əmək pensiyasına pensiya yaşı tamam olmadan çıxmaq mümkündürmü?
Cavab 6. Bu hal yeni dəyişikliklərə daxil edilməyib və gözlənilir ki, növbəti dəyişikliklərdə bu nəzərə alınacaq. Bu isə o deməkdir ki, mövcud qaydalar pensiya yaşı tamam olmadan pensiya almaq hüququ vermir. Yəni, vətəndaş hətta minimum yığım məbləğini daha tez toplasa belə, pensiya yaşı tamam olandan sonra ondan istifadə edə bilər.
Sual 6. Sosial ödənişlərin neçə faizi vətəndaşın hesabında əks olunur?
Cavab 6. Yeni qaydalara əsasən, sosial ödənişlər tam olaraq, 100 faiz hesabda saxlanılacaq. Son dəyişikliklərədək ödənişlərin 50 faizi yığım hesabında əks olunurdu, digər yarısı cari xərclər üçün istifadə edilirdi.
Sual 7. 2006-cı ildən mövcud dəyişikliklərədək olan dövrdə sosial ödənişlərin yığım hesabında əks olunmayan hissəsi, yəni 50 faizi hesablara qaytarılacaqmı?
Cavab 7. Mövcud dəyişikliklərə əsasən, sözügedən müddətdə hesabda əks olunmayan vəsait 10 faiz hesabın idarəedilməsi və s. xərclər üçün çıxılmaqla, digər bütün qalan hissəsi yığım hesabına əlavə ediləcək.
Sual 8. Minimumdan artıq yığımlar edən, ancaq pensiya yaşı çatmamış və ya pensiya almağa başladıqdan bir müddətdən sonra dünyasını dəyişən vətəndaşların yığımları hansı hallarda onu varisinə ödəniləcək?
Cavab 8. Həmin vəsaitlərin varisə qaytarılması halları o zaman baş verəcək ki, ailədə əlilliyə görə pensiya alan, yaşı 18-ə (əyanı ali təhsil alanlar üçün 23) çatmayan övladı varsa və ya həyat yoldaşı pensiya alan şəxs olarsa, bu yığımdan faydalana biləcək.
Məsələn, rəhmətə gedən ailə başçısı yüksək əmək haqqı ilə çalışıb və onun hesabında daha böyük məbləğdə vəsait yğılıb. Amma onun həyat yoldaşının pensiya məbləği aşağıdır. Bu zaman o, öz pensiyasından imtina edib, rəhmət getmiş həyat yoldaşının pensiyasını ala bilər.
Sual 9. Xidməti müqavilə ilə çalışanlar əmək pensiyası ala biləcəklər?
Cavab 9. Yığım hesabında vəsaitin əmək, yoxsa xidməti müqaviləsi ilə toplanmasının heç bir fərqi yoxdur. Minimum məbləğ yığan şəxs pensiya hüququ əldə edəcək.
Sual 10. 25 illik iş stajı xidməti müqavilə ilə çalışanlara aiddirmi?
Cavab 10. 25 il işləyən və aylıq sosial ödənişlər edən hər bir vətəndaş əmək və xidmət müqaviləsi ilə çalışmasından asılı olmayaraq və hesabındakı vəsaitin məbləğinə baxmayaraq, pensiya ala biləcək.
Mia.az onu da bildirir ki, bu dəyişikliklər kasıb, eyni zamanda, az maaş alan insanların pensiya alma şansını xeyli azaldıb. Hətta bunu nəzərə alan deputat Əli Məsimli də baş verən dəyişikliklərdən sonra əhalinin 48 faizinin pensiya ala bilməyəcəyini bəyan etmişdi.
Mia.az
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bülent Uyğun: "Avrokuboklara getmək şansımız çox yüksəkdir”
Sabiq nazir 75 yaşında vəfat edib
Spiker 830 min manatlıq kompüter alır
Sabiq icra başçısı yenidən hakim qarşısında - İki şirkətin üzərindən həbs götürüldü
Konqoda "meymun çiçəyi" virusu yayılıb - Xəbərdarlıq
Türkiyədə daha bir terrorçu tutulub
Qəzzada savaşın 201-ci günü: daha 79 dinc sakin həılak olub
Tanınmış vəkil partiya sədri olmaq istəyir
İlham Əliyevlə Qırğızıstan prezidenti görüşdü, sənədlər imzalandı - Bakıda + FOTOLAR (Yenilənib)
MƏŞHUR PROFESSOR ÖZÜNÜ GÜLLƏLƏYƏRƏK ÖLDÜRÜB - Rəsmi açıqlama yayıdı
İsrail ordusu Livanın cənubunu bombalayıb
Şimali Koreya İrana böyük heyət göndərib
Prezident qırğızıstanlı həmkarını COP29-a dəvət edib
İordan çayının qərb sahilində həbslər davam edir
Xəzər dənizində birgə təlimlər başlayıb
PREZİDENT GENERALLA BAĞLI SƏRƏNCAM İMZALADI
YAP-çı deputat Rəsul Quliyevin elə müdafiəsinə qalxdı ki... - Eks-spiker "altdan işləyir?"
Bu ölkə Fələstini rəsmən dövlət kimi tanıdı
Eldar Əzizov Müsavata "hə" dedi - Partiya qurultaya hazırlaşır
Aysun İsmayılova: “Çox şıltaq və pozitiv insanam, amma..."
Rasim Balayev: "Məni aşağıladılar, ailəmə yaxın adam..." - MÜSAHİBƏ
Sabah hava necə olacaq? - Proqnoz
İzmirdə PKK/KCK əməliyyatı: 6 nəfər saxlanılıb
Xankəndidə yenə silah-sursat tapılıb
AMEA-da yeni şöbələr yaradılıb - Təyinatlar olub
İstanbulda FETÖ əməliyyatı: daha 13 nəfər tutulub
Ticarətçı: "Deputat olmaq istəmirəm"
Pentaqon: "İsrail Rəfaha hücuma tərəddüt edir"
ABŞ-da TikTok qadağan olunur - Senat layihəni təsdiqlədi
Əli Əsədov Şura üzvlərini topladı: yeni tapşırıqlar verilib - FOTO
Azərbaycan nefti bir dollar bahalaşıb
Məşhur aktyor "Arka Sokaklar”a dönür
Türkiyə kuboku: "Beşiktaş" yenə qazana bilməyib
5 MİN MANATADƏK QEYSƏRİYYƏ ƏMƏLİYYATLARI: bazar, yoxsa...? - Hansı həkim neçəyə edir? (SİYAHI)
"Aston Villa" məşhur məşqçi ilə müqaviləni uzadıb
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Türkiyədə 43 əfqan saxlanılıb
Rusiya müdafiə nazirinin müavini saxlanılıb
Millimiz Belarusa uduzub