Şriftin ölçüsü / 232 dəfə oxunub

"Kabel televiziyasının qanunla tənzimlənməsinə ehtiyac var" - Nuşirəvan Məhərrəmli

05 Aprel 2017 [15:21]
"Teleradio yayımı sahəsi xüsusi fəaliyyət sahəsidir və qanunla tənzimlənməlidir”.

Bunu Milli Məclisin Mədəniyyət komitəsinin bu gün keçirilən iclasında "Kabel şəbəkəsi yayımı haqqında” qanun layihəsinin müzakirəsi zamanı Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli deyib.

O bildirib ki, əvvəllər 40-50 kanala baxmaq mümkün olurdusa, hazırda bu rəqəmə 100-ü ötüb: 

"Bu sahə sürətlə inkişaf edir. Ona görə də qanunla tənzimlənməsinə ehtiyac var. Təsəvvür edin, kabel şəbəkəsindən hansısa yerli kanalı çıxarsaq, o kanalın iqtisadi durumu necə olar? Bu baxımdan sahəyə diqqət artırılmalıdır”.

MTRŞ sədri qeyd edib ki, son 1 ildə 15 hüququ şəxs bu yayımla məşğul olmaq üçün MTRŞ-ya müraciət edərək lisenziya alıb: 

"Kabel şəbəkəsi yayımı çox byük əhəmiyyət kəsb edirən yeni qanunda dövlət maraqlarının qorunması məsələsi ciddi şəkildə önə çıxır. Bu məsələlər bir-birinə bağlı olan məsələdir. Xarici kanalların ölkəmizdə yayımlanması ölkə televiziylarının reklam bazarına birbaşa ciddi zərbədir. Bu baxımdan xarici kanalların reklamları məhdudlaşdırılır.

Bundan əlavə, xarici kanaların kabel şəbəkəsində yayımı ilə bağlı qeydiyyatdan keçmə məsələsi də var ki, qanun layihəsində bu məsələlərə yer ayrılıb”.

Report


SON XƏBƏRLƏR