DTX-nın istintaq təcridxanasına monitorinq - Vəziyyət necədir?

img

29-03-2017 [19:43]


Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) Milli Preventiv Qrupunun (MPQ) üzvləri Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Müvəqqəti saxlama yeri və istintaq təcridxanasına əvvəlcədən xəbərdarlıq etmədən başçəkmə həyata keçiriblər. 

Ombudsman Aparatının mətbuat xidmətindən verilən məlumata görə, başçəkmə zamanı saxlanılma şəraiti, qidalanma, ərzaq təminatı araşdırılıb, bu məqsədlə həmin müəssisənin kameralarına, yeməkxanasına baxış keçirilib, tibbi yardım, gəzinti, telefon danışığı, hüquqi yardım və digər hüquqlarının təminatı vəziyyəti araşdırılıb.

Rəftar məsələlərinin araşdırılması ilə bağlı saxlanılan şəxslərlə baxış keçirilmiş kameralarda təkbətək qaydada görüş keçirilib, müraciətləri dinlənilib, hər birinə qaldırdıqları məsələlərlə bağlı hüquqi məsləhətlər verilib, Ombudsmanın səlahiyyətləri və qanunvericiliyin tələbləri izah olunub.
Qəbul edilmiş şəxslər Müvəqqəti saxlama yeri və istintaq təcridxanasının əməkdaşlarının onlarla rəftarından və müəssisədə saxlanılma şəraitindən şikayət etməyib, keyfiyyətli qida, gəzinti və tibbi xidmətdən razılıqlarını bildiriblər.

Başçəkmənin yekununda Müvəqqəti saxlama yeri və istintaq təcridxanasının rəhbərliyi ilə müəssisədə həyata keçirilən işlər üzrə müzakirələr aparılıb, milli və beynəlxalq qanunvericiliyə uyğun şəkildə müvafiq tövsiyələr verilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR