"Sahibkarlar boş iş yerlərinin sayı ilə bağlı düzgün məlumat versinlər" - Hadi Rəcəbli

img

29-03-2017 [11:20]


Azərbaycanda sahibkarlar boş iş yerlərinin sayı ilə bağlı düzgün məlumat vermirlər.

Bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli "Əməyin Gələcəyi Təşəbbüsü” üzrə Milli dialoqun yekunlarına həsr olunan konfransda deyib.

H.Rəcəbli bildirib ki, boş iş yerlərinin uçotunun məşğulluq xidmətlərinə təqdim olunması göstəricisi 30-40 faiz təşkil edir.

O qeyd edib ki, bu sahədə hələ də müəyyən problemlər qalır, çünki iş yerlərinin sayı gizlədilir: "Bununla bağlı ciddi addımlar atılmalıdır ki, sahibkarlar boş iş yerlərinin sayı ilə bağlı düzgün məlumat versinlər. Bu sahə üçün nəzərdə tutulan cərimələrin məbləği artırıla da bilər”.

Trend

Digər xəbərlər
SON XƏBƏRLƏR