Maliyyə Bazarlarına Nəzarət Palatasının səlahiyyətləri artırılır - Qanun Milli Məclisdə

img

29-03-2017 [11:11]


Maliyyə bazarlarına nəzarət orqanı tərəfindən banka müvəqqəti inzibatçı təyin olunması, bankın lisenziyasının ləğvi çərçivəsində qəbul olunan qərarlar məhkəmə tərəfindən ləğv edilə bilməz.

Bu, Milli Məclisin (MM) Hüquq siyasəti və dövlət quruculuğu Komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılmış İnzibati Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında qnuna layihəsində öz əksini tapıb.

Layihəyə əsasən, maliyyə bazarlarına nəzarət orqanının həmin qərarların qanunvericiliyə uyğun olmaması barədə iddia məhkəmələrdə sübuta yetirildikdə həmin iddia zərərçəkən şəxslərin maliyyə kompensasiyasının ödənilməsi tələbi formasında təmin oluna bilər.

Məcəlləyə bakların maliyyə bazarlarına nəzarət orqanına qarşı iddiaları və maliyyə bazarlarına nəzarət orqanının ərizələrinə dair işlər üzrə icraata dair fəsil əlavə edilib.

Layihəyə əsasən ödəmə qabiliyyətini itirmiş bankların sağlamlaşdırılması, rezolyusiyası, ləğvi və iflası, eləcə də banka qarşı tətbiq edilən təsir, təshih və sanksiyalar ilə bağlı maliyyə bazarlarına nəzarət orqanının qəbul etdiyi inzibati aktlar üzrə mübahisələr apellyasiya instansiyası məhkəmələri tərəfindən baxılır.

APA

Digər xəbərlər
SON XƏBƏRLƏR