Azərbaycanda kəskin abituriyent azalması - İmtahan pullu olandan sonra

img

29-03-2017 [10:57]


Azərbaycanda ali məktəblərin magistr pilləsinə sənəd qəbulu başa çatıb. Lakin imtahanlarda ödəniş tətbiq edildikdən sonra magistr olmaq istəyənlərin sayında kəskin azalma müşahidə olunub.

Bu barədə mia.az-a açıqlama verən təhsil eksperti Kamran Ağayev bildirib ki, sənəd qəbulunun 27 mart saat 23:59-da başa çatması planlaşdırılsa da, qeydiyyatdan keçənlərin azlığı səbəbi ilə bu vaxt 28 marta qədər uzadılıb. 

Onun sözlərinə görə, 2017/2018-ci tədris ilində magistraturaya cəmi 13073 bakalavr sənəd qəbulunda iştirak edib. Magistraturaya ərizə verənlərin sayı Azərbaycan bölməsi üzrə - 11809; rus bölməsi üzrə - 1264 olub.

Ekspert müqayisə üçün ötən illərdə magistraturaya ərizə verənlərin də sayını açıqlayıb: "2016-cı ildə magistr pilləsinə ərizələrin qəbulu internet vasitəsilə fevralın 10-dan 19-dək aparılıb. 2016-cı ildə imtahanda iştirak etmək üçün 24110 bakalavr ərizə təqdim edib. Onlardan 21822 nəfəri Azərbaycan bölməsi, 2288 nəfəri rus bölməsi üzrə imtahan verəcək. Ərizə verənlərin 10281 nəfəri oğlan, 13829 nəfəri isə qızlar, bakalavrlardan 11550 nəfəri 2016-cı ilin ilin məzunları, 12560 nəfəri isə əvvəlki illərin məzunları olub. 2016-cı ildə 63 nəfər xarici ölkə vətəndaşı da sənəd qəbulunda iştirak edib.

2015-ci ildə magistr pilləsinə ərizələrin qəbulu internet vasitəsilə fevralın 3-dən 12-dək aparılıb. 2015-ci ildə isə imtahanda iştirak etmək üçün 23230 (2014-cü ildə 24560) bakalavr ərizə təqdim edib. Onlardan 20706 nəfəri Azərbaycan bölməsi, 2524 nəfəri rus bölməsi üzrə imtahan verib. Ərizə verənlərin 10913 nəfəri oğlan, 12317 nəfəri isə qızlar təşkil edib. 2015-ci ildə magistr pilləsinə sənəd verən bakalavrlardan 11620 nəfəri 2015-ci ilin məzunları, 11610 nəfəri isə əvvəlki illərin məzunlarıdır. 2016-cı ildə 50 nəfər xarici ölkə vətəndaşı da sənəd qəbulunda iştirak edib”.

Qeyd edək ki, Azərbaycanda ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsinə tələbə qəbulu ilə bağlı imtahanda (I mərhələ) 1 iştirak üçün tarif 50, ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsinə tələbə qəbulu ilə bağlı imtahanda (II mərhələ) 1 iştirak üçün tarif 60, baza ali tibb təhsili əsasında rezidenturaya qəbulla bağlı test imtahanında (I mərhələ) 1 iştirak üçün tarif 60, baza ali tibb təhsili əsasında rezidenturaya qəbulla bağlı test imtahanında (II mərhələ) 1 iştirak üçün tarif 100, ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarına tələbə qəbulu ilə bağlı qabiliyyət imtahanında 1 iştirak üçün tarif 30 və rus bölməsi abituriyentləri üçün Azərbaycan dili üzrə test imtahanında 1 iştirak üçün tarif 10 manat məbləğində müəyyənləşdirilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR