Bakıda üç uşaq atası damarlarını doğradı

img

29-03-2017 [10:16]


Bakıda intihar hadisəsi baş verib.

Mia.az xəbər verir ki, bu barədə apa-ya Sabunçu Rayon Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, hadisə rayonun Anaşkin küçəsi 8 A ünvanında qeydə alınıb. Həmin ünvanda yaşayan 57 yaşlı Baba Fərhad oğlu Babayev qollarında damarlarını doğrayıb. Nəticədə o, hadisə yerində keçinib.

B. Babayevin özünə qəsd etməsinin dəqiq səbəbləri hələlik məlum deyil. O, üç uşaq atası olub.

Faktla bağlı cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.


Digər xəbərlər
SON XƏBƏRLƏR