Artur Rəsizadə qaydaları sərtləşdirdi - Büdcə pullarını düzgün xərcləməyənlər məsuliyyətə cəlb olunacaq

img

29-03-2017 [09:59]


Baş nazir Artur Rasizadənin qərarı ilə "Kənd təsərrüfatı məhsullarının istehsalçılarına əkin sahəsinin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına, habelə buğda və çəltik əkininə görə dövlət büdcəsinin vəsaiti hesabına yardımların verilməsi Qaydaları”na əlavələr edilib.

Mia.az xəbər verir ki, qaydalara əlavə olunan yeni bənddə qeyd olunur: 

"Kənd təsərrüfatı idarələrinin vəzifəli şəxsləri istehsalçılara becərdikləri əkin sahəsi və çoxillik əkmələrə görə yardımın verilməsi üçün ayrılmış büdcə vəsaitinin təyinatı üzrə istifadə edilməməsinə görə qanunla müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar”.

Həmçinin "Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti və digər hüquqi və fiziki şəxslər tərəfindən kənd təsərrüfatı məhsullarının istehsalçılarına mineral gübrələrin, biohumusun və pestisidlərin güzəştlə satılması Qaydaları”na da analoji əlavı edilib: 

"Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin vəzifəli şəxsləri mineral gübrələrin, biohumusun və pestisidlərin alınması üçün dövlət büdcəsindən ayrılmış vəsaitin təyinatı üzrə istifadə edilməməsinə görə qanunla müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar”.

*** 

Nazirlər Kabinetinin (NK) 2008-ci il 10 aprel tarixli 84 nömrəli qərarı ilə təsdiq edilmiş "Dövlət zəmanəti ilə alınan borcların Təminat Fondunun vəsaitinin idarə olunması, uçotunun aparılması və istifadəsi Qaydaları”nda dəyişiklik edib. 

NK-dan mia.az-a verilən məlumata görə, "Dövlət zəmanəti ilə alınan borcların Təminat Fondunun vəsaitinin idarə olunması, uçotunun aparılması və istifadəsi Qaydaları”nın Fondun vəsaitlərinin istifadə edilməsilə bağlı bölməsinə yeni əlavə edilib. 

Əlavəyə görə, vəzifəli şəxslər Fondun vəsaitinin təyinatı üzrə istifadə edilməməsinə görə qanunla müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.

Digər xəbərlər
SON XƏBƏRLƏR