Nazir Ramil Usubov xüsusi təyinatlılarla! - FOTOLAR

img

28-03-2017 [21:56]


Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) səfərdə olan daxili işlər naziri Ramil Usubov BƏƏ Daxili İşlər Nazirliyinin Mühafizə və Xüsusi Təyinatlı Baş İdarəsinin rəhbəri ilə görüşüb.

Azərbaycanın BƏƏ-dəki səfirliyindən verilən məlumata görə, nazir Ramil Usubov həmçinin baş idarənin fəaliyyəti və BƏƏ xüsusi təyinatlılarının avadanlıqları ilə tanış olub.

Görüşdə iki ölkənin aidiyyəti qurumları arasında əməkdaşlıq məsələləri üzrə fikir mübadiləsi aparılıb.

Trend


Digər xəbərlər
SON XƏBƏRLƏR