Yasamalda çoxmərtəbəli yaşayış binasında yanğın - FHN-nin canlı qüvvəsi və texnikası hadisə yerində

img

28-03-2017 [18:55]


Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasında yanğının baş verməsi barədə məlumat daxil olub.
 
FHN-dən verilən  məlumata görə, dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası hadisə yerinə cəlb olunub.
 
Yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir. 

Əlavə məlumat veriləcək.​

*****

Bakıda yanğın baş verən bina Bakı Dövlət Universitetinin müəllimlərinin yaşadığı binadır.
 
APA-nın məlumatına görə, yanğın Yeni Yasamal 2 Yaşayış Massivində yerləşən 10 nömrəli binanın 9-cu mərtəbəsində baş verib.
 
Hazırda yanğınsöndürənlər yanğını söndürməyə çalışırlar.  

Digər xəbərlər
SON XƏBƏRLƏR