28-03-2017 [11:32]
"Gürcüstanda azərbaycandilli jurnalistikanı inkişaf etdirmək vacibdir. Vaxt var idi ki, azərbaycandilli jurnalistikanın məhsulları Tiflisdən dünyaya yayımlanırdı. Gürcüstanda XIX və XX əsrlərdə müxtəlif mətbuat orqanları fəaliyyət göstərib. Görkəmli yazıçılarımız, jurnalistlərimiz bu mətbuat səhifələrində cəsarətlə çıxış ediblər”.
Bu sözləri Gürcüstanda səfərdə olan Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib.
O bildirib ki, Gürcüstanda yaşayan yarım milyona qədər azərbaycanlı üçün informasiya qıtlığı mövcuddur:
"Əvvəllər Tiflisdə nəşr olunan müxtəlif qəzetlər ölkədə baş verən hadisələr və müxtəlif beynəlxalq tədbirlər haqqında azərbaycanlılara operativ şəkildə xəbərlər çatdırırdı. İndi soydaşlarımız bu xəbərləri Azərbaycanda nəşr olunan qəzetlərdən və müxtəlif televiziyalardan, müxtəlif saytlardan alırlar. Amma təəssüf ki, bu informasiyalar onlara gec çatır və informasiya qıtlığına səbəb olur”.
Ə. Amaşov qeyd edib ki, Gürcüstanda fəaliyyət göstərən TV, sayt və mətbuat orqanları soydaşlarımızın sosial həyatı və mədəniyyəti haqqında nadir hallarda yazılar və reportajlar yaydığını söyləyib:
"Gürcü televiziyaları və saytları, həmçinin qəzetlər yalnız soydaşlarımızın kompakt yaşadığı bölgələrdə kriminal hadisələr baş verən zaman və yaxud gender bərabərliyi pozulanda, qız qaçırılanda, erkən evlilik baş verəndə sanki "canlanırlar”. Əlbəttə, bu hadisələr barədə yazmaq vacibdir, çünki Gürcüstanda erkən evliliyə qarşı qanun qəbul edilib və bu qanunu pozanlar haqqında yazmaq lazımdır. Amma son illər soydaşlarımız yaşayan bölgələr inkişaf edir və bu inkişafda soydaşlarımızın da əməyi danılmazdır. Son illər Gürcüstanın müxtəlif ali məktəblərində təhsil alan gənclərimizin sayı getdikcə artmaqdadır. Düşünürəm ki, bu inkişaf gürcü mətbuatının diqqətindən yayınmayacaq”.
Ə. Amaşov Azərbaycan-Gürcüstan parlamentlərarası dostluq qrupunun sədri və eyni zamanda Mətbuat Şurasının rəhbəri olaraq gələcəkdə Azərbaycan və Gürcüstan jurnalistlərinin iştirakı ilə müxtəlif layihələr həyata keçiriləcəyini vurğulayıb:
"Biz Gürcüstan dövləti ilə birgə hər iki ölkənin mətbuat əlaqələrinin inkişaf etdirilməsinə çalışacağıq. Sözsüz ki, bu layihələrdən Gürcüstanda fəaliyyət göstərən qəzet və jurnallar da kənarda qalmayacaq, bununla biz Gürcüstanda azərbaycandilli mətbuatın da inkişaf etdirilməsinə nail olacaq və informasiya qıtlığını aradan qaldırmağa cəhd edəcəyik”.
MŞ sədri son illərdə Azərbaycanda mətbuat sahəsində görülən işlərdən də danışıb:
"Azərbaycanda mətbuatın inkişafı göz qabağındadır. Bu gün Azərbaycanda müasir tələblərə cavab verən peşəkar jurnalistika mövcuddur. Diqqət yetirilən əsas məsələlərdən biri də jurnalistlərin sosial həyat tərzinin yaxşılaşdırılması olub. Bu da dövlətin qayğısı sayəsində həyata keçirilib. Jurnalistlərə yaşayış evlərinin tikilməsi və onların ev probleminin həlli jurnalistlərin fəaliyyətinə müsbət təsir edib”.
APA
Əli Əsədov daha bir qərar imzaladı
İlham Əliyevlə Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılışında - FOTOLAR
Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb - Hökumətdən qərar
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək
Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib
Spiker 830 min manatlıq kompüter alır: mağazalardakı satışdan niyə baha alınır? - DETALLAR AÇIQLANDI (FOTOLAR, Yenilənib)
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir - FOTOLAR
Türkiyənin ilk astronavtı Azərbaycana gələcək
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bülent Uyğun: "Avrokuboklara getmək şansımız çox yüksəkdir”
Sabiq nazir 75 yaşında vəfat edib
Sabiq icra başçısı yenidən hakim qarşısında - İki şirkətin üzərindən həbs götürüldü
Konqoda "meymun çiçəyi" virusu yayılıb - Xəbərdarlıq
Türkiyədə daha bir terrorçu tutulub
Qəzzada savaşın 201-ci günü: daha 79 dinc sakin həılak olub
Tanınmış vəkil partiya sədri olmaq istəyir
İlham Əliyevlə Qırğızıstan prezidenti görüşdü, sənədlər imzalandı - Bakıda + FOTOLAR (Yenilənib)
MƏŞHUR PROFESSOR ÖZÜNÜ GÜLLƏLƏYƏRƏK ÖLDÜRÜB - Rəsmi açıqlama yayıdı
İsrail ordusu Livanın cənubunu bombalayıb
Şimali Koreya İrana böyük heyət göndərib
Prezident qırğızıstanlı həmkarını COP29-a dəvət edib
İordan çayının qərb sahilində həbslər davam edir
Xəzər dənizində birgə təlimlər başlayıb
PREZİDENT GENERALLA BAĞLI SƏRƏNCAM İMZALADI
YAP-çı deputat Rəsul Quliyevin elə müdafiəsinə qalxdı ki... - Eks-spiker "altdan işləyir?"
Bu ölkə Fələstini rəsmən dövlət kimi tanıdı
Eldar Əzizov Müsavata "hə" dedi - Partiya qurultaya hazırlaşır
Aysun İsmayılova: “Çox şıltaq və pozitiv insanam, amma..."
Rasim Balayev: "Məni aşağıladılar, ailəmə yaxın adam..." - MÜSAHİBƏ
Sabah hava necə olacaq? - Proqnoz
İzmirdə PKK/KCK əməliyyatı: 6 nəfər saxlanılıb
Xankəndidə yenə silah-sursat tapılıb
AMEA-da yeni şöbələr yaradılıb - Təyinatlar olub
İstanbulda FETÖ əməliyyatı: daha 13 nəfər tutulub
Ticarətçı: "Deputat olmaq istəmirəm"
Pentaqon: "İsrail Rəfaha hücuma tərəddüt edir"
ABŞ-da TikTok qadağan olunur - Senat layihəni təsdiqlədi
Əli Əsədov Şura üzvlərini topladı: yeni tapşırıqlar verilib - FOTO
Azərbaycan nefti bir dollar bahalaşıb
Məşhur aktyor "Arka Sokaklar”a dönür
Türkiyə kuboku: "Beşiktaş" yenə qazana bilməyib