"Azərbaycanın elə silahları var ki, onlar işə düşsə,..." - Hərbi ekspertdən Ermənistana cavab

img

27-03-2017 [12:34]


Xəbər verdiyimiz kimi, Ermənistan prezidenti Serj Sarkisyan Azərbaycanın işğal olunmuş torpaqlarına səfəri zamanı hərbçilərin və ailə üzvlərinin arşısında çıxış edib. O, çıxışında Azərbaycanı "İsgəndər” raketi ilə hədələyib.

Mia.az xəbər verir ki, hərbi jurnalist, ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov unikal.org-a açıqlamasında məsələyə münasibət bildirib. O, qeyd edib ki, Sarkisyanın bu sərsəmləməsi ona baha başa gələ bilər: 

"Sarkisyan özünə sual versin ki, bu zamana qədər "İsgəndər” tipli komplekslərdən kimsə istifadə edibmi? Mən eşitməmişəm ki, hansısa müharibə şəraitində olan ölkə bir-birinə qarşı bu tipli raketlərdən istifadə etsin. Bu fikri yalnız ağlını itirmiş adam səsləndirə bilər, bunu da Sarkisyan etdi. O unudur ki, bu cür hədə-qorxusu onu yer üzündən silmək gücünə malik olan raketləri hərəkətə gətirə bilər. Azərbaycanın bütün imkanları var ki, Ermənistanın dərinliklərinə qədər silah işlətsin. Türkiyə istehsalı olan "Qasırğa” raket kompleksləri "İsgəndər”dən heç də geridə qalmır. Bu gün Azərbaycanın nümayiş etdirdiyi və etdirmədiyi silahlar var ki, onlar işə düşsə, Ermənistanda daş üstündə daş qalmaz”.

Hərbi ekspertin sözlərinə görə, Ermənistanın pilotsuz uçan aparatları bu gün Belarusiya və Rusiyada kənd təsərüfatı nazirliyinin xətti ilə meşələrə və yollara nəzarət üçün istifadə olunur: 

"Görünür, Sarkisyan ağlını itirib və bu cür bəyanatlar səsləndirir. O, daxildə olan narazılıqları yatırmaq üçün belə fikirlər səsləndirir. Apreldə onun üçün həyati əhəmiyyət kəsb edən parlament seçkiləri keçiriləcək. Vaxtilə onun komandasında təmsil olunan iki xarici işlər naziri və keçmiş müdafiə naziri Sarkisyandan narazı olduqları üçün onu hakimiyyət dəyişikliyinə səsləyirlər. 
Bu da küçə adamı səviyyəsində hərbi formasını geyinib öz hərbçilərinə fəxri fərmanlar verdi və orada Azərbaycanı hədələdi. Qeyd etdi ki, Azərbaycanı izləyirlər. Bu bədbəxt bizi nə ilə izləyir? O anlamır ki, kosmosda Azərbaycan peykidir. Azərbaycan İsrail istehsalı olan pilotsuz uçan aparatlardan istiafadə edir. Ermənistanın pilotsuz uçan aparatları bu gün Belarusiya və Rusiyada kənd təsərüfatı nazirliyinin xətti ilə meşələrə və yollara nəzarət üçün istifadə olunur”.



Digər xəbərlər
SON XƏBƏRLƏR