23 minə yaxın abituriyent sənəd verib - Rəsmi

img

27-03-2017 [10:50]


Ali təhsil müəssisələrinin I-V ixtisas qruplarının və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulu davam edir. 

Bu gün saat 10:00-dək 22939 abituriyent (19259-u Azərbaycan, 3680-i Rus bölməsinin məzunu) I-IV ixtisas qruplarının və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin ixtisaslarını seçərək qeydiyyatdan keçib. Onlardan 8496-sı (7151-i Azərbaycan, 1345-i Rus bölməsinin məzunu) I, 7054-ü (5730-u Azərbaycan, 1324-ü Rus) II, 5520-si (4844-ü Azərbaycan, 676-sı Rus) III, 1869-u (1534-ü Azərbaycan, 335-i Rus) isə IV ixtisas qrupları üzrə sənəd verib.

Bu saata kimi qeydiyyatdan keçən 22939 abituriyentdən 22325-i qəbul imtahanının I mərhələsində (yaz imtahanında) iştirak edəcək.

Saat 10:00-dək 7509 abituriyent V ixtisas qrupuna, 6230-u isə tam orta ixtisas təhsili müəssisəılərinə qəbul olmaq üçün sənəd verib.

Rus bölməsini seçmiş 3942 abituriynet isə aprelin 9-da keçiriləcək "Azərbaycan dili” fənni üzrə test imtahanında iştirak edəcək. 2016-cı ildə "Azərbaycan dili" fənni üzrə test imtahanında "məqbul" alan 134 abituriyent isə cari ildə bu imtahanda iştirak etmədən müsabiqəyə buraxılacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR