"Oğlumun işləri ilə məşğul olmuram" - Ziya Məmmədovdan açıqlama

img

27-03-2017 [10:35]


Sabiq nəqliyyat naziri Ziya Məmmədov oğlu Anar Məmmədovun əmlakına məhkəmə qərarı ilə həbs qoyulması ilə bağlı məsələdən danışıb.

Mia.az xəbər verir i, o, gununsesi.info-ya bildirib ki, informasiyadan xəbərsizdir: "Mən bilmirəm söhbət nədən gedir. Oğlumun fəaliyyəti, daha doğrusu işləri ilə məşğul olmuram. Ona görə də mən bu sualı cavablandıra bilməyəcəm”.

Xatırladaq ki, Anar Məmmədovun Bakıdakı bir neçə daşınmaz əmlakının üzərinə həbs qoyulması ilə bağlı informasiya yayılıb. Bu qərar "Paşa Bank” ASC-nin iddiası əsasında Sumqayıt Apelyasiya Məhkəməsi tərəfindən bu ilin yanvarında çıxarılıb və orada deyilir ki, cavabdeh tərəf heç bir səbəb göstərmədən apelyasiya şikayətindən imtina edib.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR