Bayram günlərində qəzalar: 15 ölü, 72 yaralı

img

27-03-2017 [10:31]


Bayram günləri Azərbaycanda qeydə alınan yol-nəqliyyat hadisələrinin statistikası açıqlanıb.

Baş Dövlət Yol Polisi İdarəsindən mia.az-a verilən məlumata görə, şənbə-bazar günləri respublikanın avtomobil yollarında 19 yol-nəqliyyat hadisəsi baş verib ki, nəticədə 4 nəfər ölüb, 20 nəfər xəsarət alıb.

Bununla da martın 19-dan 27-dək respublikanın avtomobil yollarında baş verən yol qəzalarının sayı 51-ə çatıb. Həmin qəzalarda 15 nəfər ölüb, 72 nəfər xəsarət alıb.



Digər xəbərlər
SON XƏBƏRLƏR