Bakıda ağır qəza - Ölən var

img

26-03-2017 [11:54]


Bakıda ağır yol qəzası baş verib.

Lent.az xəbər verir ki, Yasamal rayonu ərazisində - "20 Yanvar" dairəsində "Cherry" markalı avtomobil yolu keçməyə çalışan piyadanı vurub.

Bildirilir ki, 30-35 yaşlı piyada qaçaraq yolu keçməyə çalışıb və bu zaman sürətlə hərəkət edən minik avtomobili onu vuraraq kənara atıb. Piyada hadisə yerindəcə keçinib.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR