Sarkisyan Qarabağa gəldi

img

25-03-2017 [16:27]


Ermənistan prezidenti Serj Sarkisyan Azərbaycanın işğal altındakı Qarabağ bölgəsinə səfər edib.

Səfər çərçivəsində Sarkisyan yerli separatçı rejim rəhbərliyi ilə görüşlər keçirəcək.

Hesab olunur ki, Sarkisyan parlament seçkiləri öncəsi, Qarabağ klanının üzvləri ilə fikir mübadiləsi aparacaq.

Bu, S.Sarkisyanın ilk qeyri-qanuni səfəri deyil. Ermənistandakı parlament seçkiləri öncəsi şübhəsiz ki, işğalçı ölkənin prezidenti Xankəndiyə qanunsuz gəlməklə divident qazanmağa çalışır.

Hələlik rəsmi Bakının məsələyə reaksiyası bəlli deyil. İş günü olmadığından Azərbaycan XİN-dən Sarkisyanın bu özbaşınalığına münasibət öyrənə bilmədik. Hələlik beynəlxalq təşkilatlar və Minsk Qrupu da sülh danışıqlarının pozulmasına və bölgədə vəziyyətin gərginləşdirilməsinə yönəlik bu cəhdə reaksiya verməyib.




Digər xəbərlər
SON XƏBƏRLƏR