Azərbaycanda bananın qiyməti kəskin qalxdı

img

25-03-2017 [15:09]


Ölkə bazarlarında bananın qiyməti qəfil sıçrayışla bahalaşıb.

Bu barədə Musavat.com-a satıcılar məlumat verib. Onların dediyinə görə, bir müddət əvvəl hətta 2 manatdan aşağı satdıqları bananın topdansatış qiyməti hazırda 3.50-3.60 AZN arasında dəyişir. "Əvvəl bu məhsulun qutusunu 35 manata alırdıqsa, indi 70 manatadır. İndiki halda bananın hər kilosunda bizə 20 qəpik qalır. Ancaq biri qaraldısa, ziyana düşürük”-ticarətçilərdən biri deyib.

Satıcılar bananın qiymətində bayramdan sonra bahalaşmanın müşahidə olunmasını anlaşılmaz sayırlar: "Bu günlərdə mətbuatda oxuduq ki, Avropa ölkələrində Novruz bayramı günlərində endirimlər olub. Ancaq bizdə nəinki bayramda, ondan sonra da bahalaşma dayanmır”.

Qeyd edək ki, bir neçə ay bundan əvvəl bananın qiymətində endirim olarkən bu məhsulun monopoliyasına son qoyulduğu və onun idxalının sərbəst buraxıldığı iddiası var idi. Ancaq son gəlişmə bunun əksini deyir.

Yeri gəlmişkən, bayramdan sonra digər məhsulların da ucuzlaşacağı ilə bağlı gözləntilər də özünü doğrultmayıb. Məsələn, son bir-iki gündə şabalıd 5-6 manatdan 8 manatadək bahalaşıb. Manatın məzənnəsinin sabit qaldığı, hətta alıcılıq qabiliyyətinin aşağı düşdüyü halda, bu bahalaşmanın səbəbi bəlli deyil.


Digər xəbərlər
SON XƏBƏRLƏR