Erməni hərbçiləri Kəlbəcərdə qəzaya düşdü: 10 yaralı

img

24-03-2017 [00:39]


Martın 23-də Sotk-Kəlbəcər magistralında ağır qəza baş verib.

Mia.az azvision.az-a istinadən xəbər verir ki, saat 19 radələrində magistralın 35-ci km-nin "Haruri Dzor" adlanan sektorunda "Volkswagen Golf” markalı 35 AM 335 nömrəli maşın Ermənistan Müdafiə Nazirliyinə məxsus "УРАЛ” markalı 55 37 Տ nömrəli avtomaşınla toqquşub.

Qəza nəticəsində hər iki maşın aşıb. "Volkswagen” təxminən 70 metr dərəyə yuvarlanıb.

Qəza nəticəsində 10 nəfər bədən xəsarətləri ilə Vardenis hərbi hospitalına yerləşdirilib. Məlumata görə, yaralananlardan 6-sı müqaviləli hərbi qulluqculardır.



Digər xəbərlər
SON XƏBƏRLƏR