"Bəlkə bir otağa salıb deyək ki, tərcümeyi-halını yaz..." - Yazıçıdan saxta yolla elmi ad alan məmurlara etiraz

img

23-03-2017 [23:41]


"Vəzifəli adamların, xüsusən, az qala bütün şanlı deputatların kütləvi qaydada "professor” olmağa başladığı bir dönəmdən sonra otuz ildən artıq çalışdığım elmi-tədqiqat institutuna "əlvida” demək qərarına gəldim".

Mia.az xəbər verir ki, bunu yazıçı Firuz Mustafa sosial şəbəkədə bəyan edib.

O, bildirib ki, söhbət təkcə deputatlardan getmir: 

"Söhbət ondan gedir ki, bu "professorluq” adlı "yarlık”ı onlar özləri yox, adətən "dublikatları” ortaya qoyur... Və buna görə də adətən son illərdə dissertasiya müdafiəsi qabağı az-çox istedadı olan şəxs müdafiə şurasına belə təqdim edilir: "Bu işi bu adamın özü yazıb"". 

Yazıçı sonda yarızarafat-yarıgerçək gələcək alimlərə sual da verib: "Əcaba, bəlkə səni bir otağa salıb deyək ki, öz tərcümeyi-halını yazasan, əgər yaza bilsən professor nədir, lap akademik də ola bilərsən...".

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR