Belçikanı qana boyamaq istəyən Fransa vətəndaşı yaxalandı - Təfərrüat

img

23-03-2017 [18:58]


Daha bir Avropa ölkəsində terrora cəhd baş verib.

Mia.az xarici mediaya istinadən xəbər verir ki, Belçikada bir maşın Antverp şəhərində gediş-gəliş və ticarətin sıx olduğu küçəyə sürətlə girməyə cəhd edib.

Belçika polisinin yaydığı məlumata görə, maşın küçədəki qoruyucu beton sədlərini aşa bilməyib, sürücü isə hadisə yerindən qaçmağa çalışıb: "Ancaq o, həbs olundu. Əraziyə əlavə polis qüvvələri yeridilib".

Polis hadisəni törədənin Fransa vətəndaşı olduğunu bildirib: "O, həm də Belçikada deyil, Fransada yaşayır. Maşından müxtəlif növ bıçaq və silahlar aşkarlanıb".

Polis onun adını hələlik açıqlamayıb.

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR