23-03-2017 [18:37]
Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin Əks-Kəşfiyyat Baş İdarəsinin rəis müavini olmuş general-mayor Hafiz Musayevin tikdirdiyi otellə bağlı qalmaqal yaranıb. Məlumata görə, o, Bakının mərkəzində - Ağ Şəhərdə ("Amay”la üzbəüz) tikdirdiyi "Co. Plaza” adlı otelində işləyənlərin pulunu verməyib, bu da böyük mübahisələrə səbəb olub.
Mia.az xəbər verir ki, bu barədə məlumatı BakiPost.az-a iş icraçısı Pərviz Zahidov verib.
Onun sözlərinə görə, otelin içərisində aparılan təmir işlərini həyata keçiriblər, amma haqlarını tam şəkildə ala bilmirlər: "İşimiz müqabilində 170 min manat almışıq. Onun bizə 20 min 300 manat bir, 10 min manat da bir borcu qalıb. Lakin həmin pulu ödəmək istəmir”.
Şikayətçinin sözlərinə görə, general onları hədələyir, pulu tələb etdikləri təqdirdə başlarına oyun açacağını bildirir: "Deyir, mən generalam və bu yaxınlarda yenidən əvvəlki işimə qayıdacağam, elə eləməyin ki, həyatınıza problem yaradım. Biz isə pulumuzu tələb edirik. Onsuz da biz çox ucuz qiymətə işləmişik. Bizə çox az pul qalıb bu işdən. Həm də onda qalan pulu alıb sərf etdiyimiz materiala verməliyik, yəni bizim də bu işə görə borclu qaldığımız şəxslər var. O adam həmişə hədə-qorxu yoluyla işlərini görüb. Elə bilir, əvvəlki MTN-nin vaxtıdır, hamını şərləyib istədiyini etdirə biləcək. Biz ondan əl çəkən deyilik. Son qəpiyimizə kimi tələb edəcəyik”.
İş icraçısı məsələ ilə bağlı Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri general Mədət Quliyevə müraciət edəcəyini, bu məsələdə ondan yardım istəyəcəyini də bildirib.
Bu ittihamlarla bağlı general Hafiz Musayev BakiPost.az-a açıqlama verib. Adıçəkilən otelin ona məxsus olduğunu təsdiqləyən general şikayətlərin tam əsassız olduğunu söyləyib: "Onlar dələduzdurlar. Nə deyirlər qələt eləyirlər. Əslində onlar mənə "atıblar”. 60 min pul verməlidirlər mənə”.
General ondan şikayət edən şəxslərdən prokurorluğa müraciət edəcəyini dilə gətirib: "Sənədlər, müqavilələr hazırlanır. Onları verəcəm prokurorluğa. Onlar mənə şər atır”.
Qeyd edək ki, 2015 oktyabr ayında MTN-in Əks-Kəşfiyyat Baş İdarəsinin rəisi general-mayor Nizami Şirinov tutduğu vəzifədən azad olunandan sonra Hafiz Musayevin onun yerinə təyin edilməsi barədə məlumat yayılmışdı. Sonradan bu informasiya təsdiqini tapmadı. Üstəlik, o idarənin rəis müavini postundan uzaqlaşdırıldı.
Buraxılış imtahanlarında ən yüksək nəticənı hansı rayonların şagirdləri göstərib? - DETALLAR
Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb
ƏƏSMN-ə nazir əvəzi təyin olundu - Sərəncam
Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər - FOTO
Avropa Parlamenti Gürcüstanda xarici agentlər haqqında qanunla bağlı qətnamə qəbul edib
Prezident İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edib
Eşq məktubu, dağılan ailə, gecə evə basqın və nəhayət, qisas... - Kürdəmirdəki ilginc olayın təfərrüatı
"Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki..." - Erməni spiker
Britaniya kralı mühacirlərə bağlı qanunu təsdiqlədi - Ruandaya deportasiya olunacaqlar
Keçmiş Ombudsman Elmira Süleymanova vəfat edib (Yenilənib)
Azərbaycanda TikTok bağlanacaq? - Sorğu
Güclü fırtına həbsxananı dağıdıb - 119 məhbus qaçıb
AZAL-ın sabiq prezidenti: "Məni biabır etmək istəyirlərsə..."
Zaxarova: "Cənubi Qafqazda sabitliyi pozmağa çalışırlar"
Avstraliyada 160 balina sahilə çıxdı, onlardan 26-sı ölüb -FOTO
Baş Prokuroluq mediaya çağırış edib - Professorun ölümü ilə bağlı
Akşeneri kim əvəzləyəcək? - İYİ Partiyası gərgin qutrultaya gedir
Bakıda üç məktəbin direktoru cəzalandırılıb - Səbəb
Qəzzada daha jurnalist həlak olub
Sabah hava necə olacaq? - Proqnoz
"Poz-Qazan” layihəsi millətin cibinə necə girir? - VİDEO
NAXÇIVANIN BAŞ NAZİRİ VƏZİFƏDƏN AZAD OLUNDU- Yeni təyinat (FOTO)
ABŞ Ukraynaya uzaqmənzilli raketlərin gizli şəkildə çatdırılmasını təsdiqləyib: "Bu, Rusiyanın..."
SÜDDƏ QUŞ QRİPİ AŞKARLANIB
Kosmosda silahlanma... - Rusiya qətnamayə veto qoyub
Azərbaycan Ordusunda komanda qərargah təlimləri keçirilir - VİDEO
20 minə yaxın bakalavr magistraturaya imtahan verəcək - Bu tarixdə
Müğənni: "Bunu kimə desəm deyər ki, sənə ayıb olsun!"
Almaniya prezidenti CHP lideri ilə almanca danışdı və belə dedi: "Mükəmməl alman!" - 50 dəqiqəlik qapalı görüş olub (FOTO)
İsrail Hərbi Şurası HƏMAS-la görüşəcək - Yeni təklif hazırlanıb
"Google" İsrailə etiraz edən daha 20 əməkdaşını işdən çıxarıb
Millimiz bu gün Özbəkistan komandası ilə qarşılaşacaq
Yusif Yazıçının komandası uduzub
Azərbaycan nefti bahalaşır
Macarıstanın xarici işlər və ticarət naziri Azərbaycana gəib
Məşhur məşqçi xəstəxanaya yerləşdirilib - Səbəb