Putindən qaçan sabiq deputat Kiyevdə güllələndi - Poroşenkodan sərt reaksiya və Moskvaya ağır ittiham

img

23-03-2017 [16:18]


Ukraynanın paytaxtı Kiyevdə Rusiyalı sabiq deputat silahlı hücuma məruz qalıb.

Mia.az xəbər verir ki, Rusiya Dumasının sabiq deputatı  Denis Voronenkov naməlum şəxs və ya şəxslər tərəfindən açılan atəşlə öldürülüb. 

Hadisə ilə bağlı açıqama verən Kiyev polisi bildirib ki, silahı hücumda sabiq deputata yanaşı, onun cangüdəni də vurulub: "Qətllə bağlı araşdırma aparılır"

Ukrayna prezidenti Poroşenko sabiq deputatın öldürülməsinə sərt reaksiya verib. O, bu sui-qəsdi Rusiyanın dövlət səviyyəsində həyata keçirdiyi  terror adlandırıb: "Bu hadisə ilə paralel olaraq, Ukrayna ordusunun ən böyük silah anbarında da yanğın çıxıb. Bunlar təsadüf deyil, təxribatdır".

Xatırladaq ki, Voronekov Rusiya kəşfiyyatının onunla bağlı araşdırma apardığını və Putinin tapşırığı ilə izlənildiyini bəyan etmişdi. Məhz Rusiya hakimiyyəti tərəfindən təqibə məruz qaldığı üçün Kiyevə sığınan sabiq deputat, eyni zamanda, Rusiya vətəndaşlığından da imtina etdiyini bildirmişdi.

F.ƏHMƏD


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR