Belarusda silahlı çevriliş planı var? - Lukaşenkodan sensasion açıqlamalar

img

21-03-2017 [17:43]


Belarus prezidenti Aleksandr Lukaşenko Belarusda silahlı təxribata hazırlaşan onlarla silahlı saxlanıldığını açıqlayıb.

A.Lukaşenko silahlıların düşərgələrdə təlim keçdiyini  və təxribat üçün əlverişli məqam gözlədiyini bildirib.

Belarus prezidenti silahlıların təlim keçdikləri düşərgələrdən birinin Bobruysk rayonunda olduğunu qeyd edib: "Digər düşərgələr Ukraynadadır”.

A.Lukaşenko Polşa və Litvada da silahlıların düşərgəsi olduğunu istisna etməyib: "Silahlılara pul Polşa və Litvadan gəlib”.

Belarus prezidenti Avropa İttifaqı ölkələrində yaşayan bir belarus qadının səfirliyə müraciət etdiyini və təxribat barədə xəbər verdiyini də nəzərə çatdırıb: "Həmin vətəndaşımızın məktubundan sonra biz araşdırmalara başladıq və maraqlı nəticələr əldə edildi. Bundan sonra detallı araşdırmaq lazımdır ki, silahlılara pul haradan və necə gəlib, onların hazırlığı ilə kim məşğul olub, bu cinayətkarlar hansı ölkələrdən gəliblər. Belarus həmişə istənilən qanunsuz hərəkətin qarşısını almağa hazırdır”. /APA

Digər xəbərlər
SON XƏBƏRLƏR