ABŞ hökumətinə SSRİ ilə ticarət əlaqəsi qurmağı məsləhət görən milyarder vəfat etdi

img

21-03-2017 [13:24]


Dünyanın ən qoca milyarderi, Amerika vətəndaşı David Rokfeller dünən vəfat edib.

Mia.az xəbər verir ki, 101 yaşında Nyu-Yorkdakı evində vəfat edən neft maqnatı olan milyarder ABŞ-ın siyasi hakimiyyətlərinə hər zaman istiqamət verən şəxslərdən biri olub.

O, hətta 70-ci illərdə SSRİ və Orta Asiya ölkələri ilə Amerikanın ticarət əlaqələri qurması barədə paket verib. Bundan başqa, onun Avropa, Afrika və Latın Amerikası ölkələri ilə Amerika hökuməti səviyyəsində bir sıra iqtisadi layihələrinin həyata keçiriləməsi də sirr deyil. 

Rokfeller "Standard Oil" şirkətinin qurucusu, Amerikanın ilk milyarderi Con Rokfellerin sonuncu nəvəsi idi. 

O, həm də təhsilə, səhiyyəyə böyük məbləğlərdə yardım edən milyarder kimi tanınıb.

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR