Bakıda tələbə və məktəbli qız oğurlandı - Polis hərəkətə keçdi

img

20-03-2017 [14:30]


Bakıda 23 yaşlı tələbə və 16 yaşlı məktəbli qız oğurlanıb.

Mia.az-ın xəbərinə görə, Səbail Rayon Polis İdarəsindən 1news.az-a verilən məlumata əsasən, 23 yaşlı Bakı sakininin (qızın adı etik normalara gör açıqlanmır) valideynləri polisə müraciət edərək bildiriblər ki, onların qızı naməlum şəxs tərəfindən qaçırılıb.

8-ci kilometr qəsəbəsində məktəblərdən birində təhsil alan 16 yaşlı məktəbli qızın valideynləri də eyni şikayətlə Nizami Rayon Polis İdarəsinə müraciət ediblər. Qeyd olunur ki, məktəbli qızı Qara Qarayev prospektində qaçırıblar.

Hər iki faktla bağlı araşdırma aparılır, qızların tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri aparılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR