Ermənistanın Müdafiə Nazirliyi 8 hərbçinin ölüm xəbərini gizlədib

img

19-03-2017 [00:07]


Ermənistan Müdafiə Nazirliyi martın 1-dən 13-dək cəbhə xəttində təxribatlar törətməyə cəhd edərkən öldürülmüş 8 hərbi qulluqçusu barədə məlumatı ictimaiyyətdən gizlədib.

Mia.az xəbər verir ki, "AzeriDefence”nin hərbi mənbələrdən əldə etdiyi məlumata görə, qeyd olunan dövrdə öldürülmüş hərbçilər qərargahı Hadrutda yerləşən 18-ci motoatıcı divizyanın 1,2,4 və 5-ci motoatıcı alaylarının əsgər və zabitləri olublar.

Erməni hərbçilərin hamısı ön xətdə məhv edilib.

Belə ki, eyni gündə – 6 mart tarixində axşam saatlarında Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndi istiqamətində Ermənistan Ordusunun iki, 9 mart tarixində, səhər saatlarında Lələtəpə istiqamətində 1, həmin gün axşamtərəfi Ağdamın Yusifcanlı kəndi istiqamətində 1, 11 mart saat Xocavənddə 1, 12 mart günorta saatlarında Lələtəpə istiqamətində 1, Aşağı Əbdürrəhmanlı kəndi istiqamətində 1, 13 mart saat səhər saatlarında Ağdamın Qarakənd kəndi istiqamətində bir hərbi qulluqçusu məhv edilmişdir.

Ehtimallar var ki, Ermənistan Müdafiə Nazirliyi ölkədə son günlərdə yaşanan siyasi gərginliklə əlaqədar olaraq həlak olan bütün hərbi qulluqçuların adlarını ictimaiyyətdən gizlədib. Adların aprel ayının 2-də keçiriləcək seçkilərdən sonra açıqlanması ehtimal olunur.

Füzuli və Cəbrayıl rayonları istiqamətində qeyd olunan tarixlərdə itkilərin say çoxluğunun yaratdığı psixoloji gərginliyi aradan qaldırmaq üçün Ermənistan Müdafiə Nazirliyi birinci Qarabağ müharibəsi veteranlarından ibarət bir neçə qrupu Lələtəpə və Aşağı Əbdürrəhmanlı kəndləri istiqamətindəki mövqelərə ezam edib.


Digər xəbərlər
SON XƏBƏRLƏR