"Gərəkirsə, dağlara çıxarıq, gərəkirsə Avropaya dərs də verərik..." - Türk nazirdən Avropa Birliyinə açıq xəbərdarlıq

img

18-03-2017 [23:59]


"Gərəkirsə, çıxarıq dağlara, qoyun, keçi otararıq,  gərəkirsə Avropaya dərs də verərik, hələ onları idarə də edərik".

Mia.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu sözləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Avropa Birliyinin və bəzi Avropa ölkələrinin son vaxtlar Türkiyəyə qarşı tutduğu xoşagəlməz münasibətləri şərh edərkən deyib.

Nazir əlavə edib ki, Avropa Birliyi (AB) ilə viza sərbəstliyi məsələsində problemli dövr yaşanır:

"Bunun da səbəbi elə AB-nin özüdür. Amma yenə də biz mübarizəni davam etdirəcəyik. Önümüzdəki müddətdə nələr olacaq görəcəyik. AB sərbəst viza uyğulamazsa, bir-birinə bağlı müqaviləmiz var –  "Geri qəbul" və "Köç anlaşması". Bunlar da təbii olaraq yerinə yetirilməz. Bu bir təhdid, yaxud göstəriş deyildir. Anlaşmalarda belə hallar təbiidir".

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR