Şriftin ölçüsü / 761 dəfə oxunub

"Məmurlara məxsus banklar rəqabətə davam gətirməyəcək, batacaqlar" - Ekspertdən hökumətə təklif

18 Mart 2017 [22:58]
Dünən YAP-çı deputat Siyavuş Novruzov parlamentdə banklar vətəndaşları soyması ilə bağlı fikirlər səsələndirib. O bildirib ki, Azərbaycanda faizlər yüksəkdir.

Mia.az xəbər verir ki, Real Hərəkatının icra katibi, iqtisadçı ekspert Natiq Cəfərli deputat S.Novruzovun haqlı olduğunu bildirib. Amma ekspert hesab edir ki, deputat haqlı olsa da, doğru demir.

"Mərkəzi Bankın uçot dırəcəsi 15%-dir, yəni, MB likvidliyi 15%-lə banklara təklif edir. Banklar da üzərinə əməliyyat və risk xərclərini, gəlirlərini qoyanda kredit faizləri 25-30%-ə çıxır. Kredit faizlərini aşağı çəkməyin yolları:
2015-12-22-14-19-21natiq-ceferli.jpg (440×330)
1) MB uçot dərəcəsini salmalıdır - amma sala bilmir, çünki manata güvən yoxdu, manat bolluğu yaranan kimi dolların məzənnəsi artacaq - sala bilmirsə, deməli manatı bahalaşdırır, bu da iqtisadi aktivliyi öldürür - deməli, burada vəziyyət dalana dirənib.

2) Xarici böyük bankları birbaşa bazara daxil olmağa icazə verilməlidir - edə bilmirlər, etsələr özlərinə, məmurlara məxsus banklar rəqabətə davam gətirməyəcək, batacaqlar - bu addımda da dalana dirəniblər. Bunun əziyyətini də həm vətəndaş, həm biznes çəkir, kredit baha, iş görməyə şərait yox, iqtisadi aktivlik az, risk iştahı qaçıb.

Bax, beləcə bütün sistem dalana dirənib, ancaq vəziyyətin adını "sabitlik" qoymuşuq. Əslində dalanda da sabitlikdi, irəliyə getmirsən, sabitcə yerində dayanırsan", - deyə N.Cəfərli mövqeyini ifadə edib.

Mia.az


SON XƏBƏRLƏR