Abituriyentlərin diqqətinə: - “Şəxsi kabinet”in parolunu unudanlar nə etməlidir?

img

18-03-2017 [21:08]


Dövlət İmtahan Mərkəzinin (DİM) elektron xidmətlərindən faydalanmaq istəyən istifadəçilər yaratdıqları "Şəxsi kabinet”ə daxil olmaq üçün tələb edilən parolu unutduqda şəxsiyyət vəsiqəsinin fərdi identifikasiya nömrəsini (FİN) və qeydiyyat zamanı daxil olunan e-mail ünvanını "parolu unutmuşam” bölməsində müvafiq sahələrə daxil edib "E-mail göndər” düyməsini basmaqla parolu yenidən əldə edə bilərlər.

DİM-dən bildiriblər ki, parol elektron poçt ünvanına göndəriləcək. Parolu məxfi saxlamaq və itirməmək lazımdır.

Digər xəbərlər
SON XƏBƏRLƏR