Şriftin ölçüsü / 356 dəfə oxunub

Qarabağ qazisi intihar etdi - Prokurorluq araşdırmaya başladı

18 Mart 2017 [19:11]
Ucarda intihar hadisəsi baş verib. Hadisə bu gün axşam saatlarında baş verib.

Rayon sakini, II qrup Qarabağ müharibəsi əlili 1964-ci il təvəllüdlü Ələmdar Hüseyn oğlu Bayramovun asılmış meyiti yaşadığı evin yaxınlığında yerləşən istifadəsiz çörəkbişirmə sexində aşkar olunub.

Onun meyiti Məhkəmə Tibbi Ekspertiziya və Patoloji Anatomiya Birliyinin Ucar rayon Şöbəsinə gətirilib.
Ə. Bayramov rayonda baytar həkimi kimi fəaliyyət göstəririb.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
apa


SON XƏBƏRLƏR