"Hökumətin hesabatı çürük qoza da dəymir" - Artur Rəsizadəyə ittiham

img

18-03-2017 [18:41]


Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev dünən Milli Məclisdə deputatların hökumətə qiymət artımı və bank sektorunda olan vəziyyətlə bağlı səsləndirdikləri etirazlara münasibət bildirib. Partiya sədrinin mia.az-a müsahibəsini təqdim edirik.

- Artur Rəsizadənin başında dayandığı qocalar evi bu günə qədər belə hesabatları çox verib. Hesab edirəm ki, onların iş prinsipi ilə heç bir nəticə əldə edilməyib, edilməyəcək də. Xalq bu cür moizələri, yalançı hesabatları çox eşidib. Düşünürəm ki, qocalar evi bundan sonra da nəsə bir iş görən deyil. Onların verdiyi hesabatlardan sonra xalqın rifah halı daha da pisləşir. Ona görə də Artur Rəsizadə gündə on dəfə hesabat versə, heç bir əhəmiyyəti olmayacaq. Artıq bu hökumət iflasa uğrayıb və ölkəni aparıb dalana dirəyib. İrəliləyiş, inkişaf, iqtisadi dinamika, kənd təsərrüfatında artım olmayandan sonra xalqın maddi rifahı yaxşılaşmayandan sonra acqarına nə hesabat? Ona görə də sonuncu hesabatı da 20 ildə Artur Rəsizadənin verdiyi hesabatlardan biridir.

-Bəs, millət vəkillərinin hökumətin hesabatına reaksiyasını necə qiymətləndirirsiniz?

- Gördüyünüz kimi, Milli Məclisin vicdanlı deputatlarının əksəriyəti hökumətin fəaliyyətinə etirazlarını bildirdilər. Deputat Zahid Oruc çıxışında baş nazirin nə zaman geədəcəyinə işarə vurdu. Bu onu göstərir ki, indiyə qədər hakimiyyəti müdafiə edən insanlar da beziblər. Yalançı rəqəmlərin səslənməsi , hesabatların verilməsi ikrah hissi yaradır. Əgər insanlar gündəlik tələbatlarını ödəyə bilmirlərsə, bayramda süfrələrinə lazımi təamlar qoya bilmirlərsə, hökumətin verdiyi hesabat çürük qoza da dəymir. Yəni, hökumətdəkilərin bundan xəbəri yoxdur. Çünki toxun acdan xəbəri olmur. Millət düşünməlidir və vəziyyətdən çıxış yolu tapmalıdır. Onların bu vəziyyətə salan hökumətə qarşı reaksiya verilməlidir.
2016-05-20-16-25-57hafiz-hedeledi.jpg (424×262)
- Sizcə, millət öz reaksiyasını hansı formada bildirməlidir?

- Əgər millət Artur Rəsizadənin 20 illik fəaliyyətinə dözürsə, deməli, ona layiqdir. Millət öz qürurunu ortay qoymalıdır. Narazı olanlar, zülm içində yaşayanlar, intihra əl atmamalıdır. İntiharlar vəziyyətdən çıxış yolu deyil. Millət qocalar evinə birdəfəlik yox deməlidir. Bu gün vicdanını itirmiş bir qrup müxalifət ortaya düşüb millətin başının altına yastıq yoyur. Onlar hakimiyyətdən kompensasiya alır, əvəzində xalqın diqqətini yanlış yerə yönləndirirlər. Milli Şuranın sədri Cəmil Həsənli xaricdəki və hakimiyyətdəki havadarlarının pulu ilə orda-burda gəzir. Fəaliyyəti isə ancaq dövlətin və millətin əleyhinə yönəlir. Hamısı Artur Rəsizadənin komandası ilə birləşib xəyanətlərini davam etdirirlər. Ona görə də xalq öz möqeyini ortaya qoymalıdır.

- İndi nə təklif edirsiz, deyirsiz ki, insanlar küçələrə çıxıb etiraz etsinlər?

- Mən xalqı meydanlara dəvət etmirəm. Millət özünün etiraz üsulunu tapmalıdır. İnsanlar etirazı özünəqəsddə görməməlidir. Bu üsul Artur Rəsizadələrə daha xeyirdir. Onlar istəyirlər ki, millətin sayı azalsın, onlar da bildiklərini eləsinlər. Millət qururunu ortaya qoymalıdır. Desəm ki, cmat meydanlara çıxsın, gəlib aparacaqlar ki, Hafiz Hacıyev milləti meydanlara çağırır. Hesab edirəm ki, millət bizim arxamızda təşkilatlanmağı davam etdirməlidir, zamanı çatanda mən Artur Rəsizadəni yola salmaq üçün öz sözümü deyəcəm. Bu qocalar evi ölkə prezidentinin iş rejiminə cavab erə bilmir. O gün gördünüz ki, Milli Məclisdə tribunaya zorla çıxdı. Yazılıb verilən hesabatı üzünə oxuya da bilmirdi. Ondan nə baş nazir olacaq? Müavinləri də özü kimidir. Onların hamısı eyş-işrət içində yaşayırlar.

- 70-80 yaşlı adamlardırlar, nə eyş-işrət?

- Onlara nə lazımdır. Milyonlarla dollar dəyərində villalarda yaşayırlar, lyüks maşınlarda gəzirlər, katibələri, masajistləri, daha nə olmalıdır? Nazirlər milyardların içindədir, amma adam var ki, bir kq ət alıb bayram edə bilmir. Odur ki, xalq gərək aylısın. Əli Kərimli kimilərinin moizələrinə inanmaq lazım deyil. Dəfələrlə demişəm ki, millət gəlib bizim ətrafımızda birləşsin, mən ölkəni bu böhranlı vəziyyətdən çıxarım. Xəyanətkarlara etibar etmək lazım deyil, onlar ətrafındakıları tutdurur, həbsə atdırır, sonra da onların adından imitasiya edirlər. Mən isə insanlara çıxış yolu göstərirəm, hədəfi göstərib mübarizə aparıram.

Son olaraq deyim ki, millət prezidentin ətrafında birləşməlidir ki, o da bu mafiozların axırına çıxsın. Əgər insanlar küncdə-bucaqda sakitcə etirazını bildirəcəksə, o zaman heç bir nəticə olmayacaq. Ona görə hər kəsi mübariz olmağa çağıram.




Digər xəbərlər
SON XƏBƏRLƏR