Şriftin ölçüsü / 209 dəfə oxunub

Bakıda uzun tıxaclar yaranıb - DYP-dən açıqlama/ SİYAHI

18 Mart 2017 [11:28]
Novruz şənlikləri ilə bağlı keçiriləcək tədbirlərlə əlaqədar paytaxtın bir sıra istiqamətlərində sıxlıq yaşanır. Bir çox yerlərdə isə uzun tıxaclar yaranıb.

Bu barədə Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib.

Onun sözlərinə görə, hazırda bayram tədbirlərinin başlanılmasına hazırlıq işləri gedir: "Onunla bağlı olaraq bəzi ərazilərdə nəqliyyat sıxlığı yaşanır. Biz dünəndən məlumat vermişik ki, mümkün olduğu təqdirdə şənliklərin keçirildiyi ərazilər üzrə şəxsi avtomobillərdən istifadə edilməsin.

Bu gün Dənizkənarı Milli Parkda Neftçilər prospekti boyunca müxtəlif ərazilərdə Novruzun gəlişi ilə əlaqədar tədbirlərin keçirilməsi nəzərdə tutulub. Həmçinin İçərişəhər, Qoşa Qala Qapısı, Gənclər meydanı, Əziz Əliyev və digər ərazilərdə də bayram şənliklərinin keçirilməsi ilə bağlı həmin ərazilər üzrə təhlükəsizliyin təmin edilməsi zərurəti yaranıb. Çünki xeyli sayda iştirakçı var. Hər kəs də bu istiqamətlər üzrə şəxsi avtomobili ilə getmək istəyir. Amma şənliyə qoşulmaq istəyən hamı avtomobillə necə gedə bilər? Bu da istər-istəməz yoldakı vəziyyətə təsir göstərir”.

Vaqif Əsədov bildirib ki, hazırda bəzi istiqamətlər üzrə yollarda təxminən 20-25 dəqiqəlik sıxlıq var: "Əməkdaşlarımız ərazi üzrə dayanıb hərəkəti tənzimləyir. Bu sıxlıq bir neçə yerdə var. Əsasən də mərkəzə doğru aparan əksər yollarda müşahidə olunur. Artıq Ziya Bünyadov prospekti də yüklənib.

Ümumiyyətlə, şənliklərin keçiriləcəyi istiqamətlər üzrə və ya şənliklərə qoşulmaq istəyənlər nəzərə almalıdır ki, şəxsi avtomobil ilə həmin əraziyə getmək mümkün deyil. Amma elə deyirlər ki, yox, birbaşa Neftçilər prospektinə gedib, oradan da piyada gedərəm. Məsələ ondadır ki, şənliklər Dənizkənarı Milli Park boyu keçirilir. Ona görə də avtomobillə gəlmək düzgün deyil”.



SON XƏBƏRLƏR